Rusiyanın hərbi bazası Gümrüdən çıxır?

Rusiyanın hərbi bazası Gümrüdən çıxır?Rusiyanın hərbi bazası Gümrüdən çıxır?
Kubra Məhərrəmova yazır...
Rusiya 200 ildən çoxdur ki, Qafqazada böyük təsir gücünə malikdir. Düzdür, son zamanalar bu güc bir qədər azalsa da imperiyanın bununla barışmaq niyyəti yoxdur. 
Koçaryanın Rusiyanın Birinci kanalına çıxması da təsadüfi deyil. Bu gün kimi aydındır.
Müsahibə isə Koçaryanın Ermənistanda gözlənilən növbədənkənar parlament seçkilərinə hazırlıq addımıdır.
Koçaryan müsahibəsində açıq bildirir ki, əgər o Ermənistanda növbəti dəfə hakimiyyətə gəlsə, birmənalı şəkildə Rusiyanın maraqlarının qarantı kimi çıxış edəcək. Putinlə şəxsi münasibəti olan adamdan başqa nə gözləmək olar? 
Sadiq və sadəqətli Koçaryan bu gün Rusiya üçün ən uğurlu variantdır.
Amma sual yaranır, bunu erməni xalqı istəyirmi? Çünki baş verən hadisələrə baxmayaraq erməni xalqı hələ də Baş nazir Paşinyanı dəstəkləyir. Və ermənilər artıq Rusiyanın boyunduruğu olmaqdan beziblər. Avropaya inteqrasiya onlar üçün daha maraqlıdır.
Bu barədə ermənilər elə Poznerin Koçaryanla olan müsahibəsinin altında yazırlar.
Məsələn Romela Ayriyan Koçaryanın "ədalətsiz sülh uzun müddət davam edə bilməz" fikrinə yazır ki, "2013-cü ildə "ədalətsiz dünya" dediyiniz sizdən işğal olunmuş ərazilərin geri qaytarılmasını tələb etdi, amma Koçaryan və Sarqsyan bunu nəzərə almadı. Odur ki, 2016-ci ildə aprel və 2020-ci ildə sentyabr döyüşləri sizin vicdanınıza bağlıdır".
Vaqan Petakçyan yazır ki, "Koçaryan, sən əvvəl öz var-dövlətinin hardan əldə etdiyini de, sonra vətənpərvərlikdən danış. Əgər sən Vətəni sevirsənsə, onda oğurlamazdın. Xalq sənə nifrət edir, başa düş. İndi hər şeyi Paşinyanın üstünə atmaq lazım deyil".
Anait Şahinyan isə belə şərh verib, "cənab Pozner, siz cinayətkardan müsahibə alırsınız. Bu adama bütün erməni xalqı nifrət edir. Sizə Tbilisidə baş verən hadisələr azlıq edir?"
Bu ermənilərin yazdığı yüzlərlə eyni məzmunlu şərhlərin bir neçəsidir. Kim istəsə Birinci kanalın rəsmi "Facebook" səhifəsinə daxil olub bütün şərhləri oxuya bilər.
Təbii ki, ermənilər aclıqdan, blokadadan, daim qorxu altında yaşamaqdan beziblər. Heç kimə sirr deyil, artıq uzun illərdir ki, Ermənistanın əhalisi durmadan azalır. İnsanlar əllərinə imkan düşən kimi digər ölkələrə miqrasiya edir. Onsuz da ağır vəziyyətdə olan Ermənistan iqtisadiyyatı 44 günlük müharibədən sonra lap acınacaqlı vəziyyətə düşüb. Erməni xalqı nə qədər axmaq, nifrət dolu olsa da acqarnına "Qarabağ Ermənistandır" qışqırmağa halı və marağı yoxdur. 
Bu isə Rusiyaya sərf etmir. Yenə də nağıllarla erməniləri tovlamağa çalışır. Rusiya üçün əsas öz maraqları vacibdir, ermənilərin ac qalması yox. Koçaryanın hakimiyyətə gətirilməsi bu planın əsas tərkib hissəsidir.
Rusiya isə öz hərbi bazalarını və Qafqazdakı təzyiq gücünü itirməmək üçün Ermənistanı hər vəclə əlində saxlamağa çalışır. Ermənistanın özündən həm siyasi, həm də iqtisadi asılılığını yaradır. Çünki Ermənistan üzünü çevirib Qərbə doğru getsə, bu Gümrüdəki hərbi bazanın Rusiyaya dönməsi deməkdir. Ona görə də Rusiya bu gün yenə köhnə dostu və silahdaşı Koçaryana dəstək olur. Onun təbliğatı üçün bütün platformaları səfərbər edib. Paşinyana qarşı qoya biləcək yeganə güc Koçaryandır.
Amma erməni xalqı unutmasın ki, bu 30 ildə ancaq iqtisadi blokada, aclıq və səfalət gördü.
Çünki onlara təqlid olunan boş xülyalara inandı. Erməni millətinin evini "Böyük Ermənistan" xülyası yıxdı.
Təkcə onu qeyd edim ki, ermənilərin xaricdə olan diasporu Ermənistanda yaşayan əhalidən dəfələrlə çoxdur. Ağlı başında olan heç bir erməni Ermənistanda yaşamaq istəmir.
Çünki ermənilər aclıqla böyütdükləri uşaqlarını Yerablurda dəfn etmək istəmir. Bacardıqca uşaqlarını ölkədən çıxarırlar. 
Əgər bundan sonra erməni xalqı yenə də revanşizm, Qarabağ-Ermənistandır şüarlarına inanıb, Koçaryanı hakimiyyətə gətirsə bu sonun başlancığı olacaq. Fəlakətin yaşanması qaçılmazdır. Koçaryan erməni xalqının bugünə qalmasının ən böyük səbəbkarıdır. Əgər bunu xalq görmürsə, məhv olmağa məcburdur. Bu dəfə isə Yerablurda ölüləri dəfn etməyə adam tapılmayacaq. /oxu.az

Siyasi       Tarix: 07 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bugun 2026 muharibe cəbhədən ən son xəbərlər futbol xeberleri iqtisadiyyat xeberleri bugun