Rusiyanın hərbi paradında təyyarələr niyə uçmadı? - Ukraynadan ŞOK AÇIQLAMA
Rusiya Federasiyasında bu gün keçirilən paradın hava hissəsi hava şəraitinə görə deyil, bəzi şəhərlərdə Rusiya təyyarələrini yolda Ukrayna HHM-ləri "qarşılaya bildiyi" üçün ləğv edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Milli təhlükəsizlik və müdafiə şurası (MTMŞ) yanında Dezinformasiyaya qarşı mübarizə mərkəzi məlumat yayıb.
Qeyd etmək lazımdır ki, Rusiyanın mayın 9-da Moskva, Yekaterinburq, Novosibirsk, Samara, Rostov-na-Donu və digər iri şəhərlərində də keçirilən paradlarda döyüş təyyarələrinin nümayişi olmayıb.
Ukrayna qurumu təyyarələrin paradının ləğvinin məhz hava şəraiti ilə əlaqələndirilməsinə şübhə ilə yanaşıb. Çünki 2020-ci ildə Rusiya mediasının özü RF-nin hərbi aviasiya uçuşlarının təhlükəsizliyi üçün "buludların dağıdılmasına" 540 milyon rubldan çox xərclədiyini yazmışdı. Ötən il isə bu məbləğ 417 milyon rubl təşkil edib.
Ukrayna MTMŞ-sının gəldiyi qənaətə görə, uçuşların ləğv olunmasında əsas səbəb bəzi şəhərlərdə Rusiya təyyarələrinin "yolda" Ukraynanın zenit-raket sistemləri ilə "qarşılaşa" bilməsi ehtimalı olub.
"Bu səbəbdən pis hava şəraiti sadəcə olaraq manipulyasiyadan başqa bir şey deyildir. 500 milyon rublu belə bir gün üçün xərcləmək Putinə problem sayılmazdı. Nəzərə almaq lazımdır ki, Ukraynada aparılan "xüsusi hərbi əməliyyat" Rusiyaya hər gün 500 milyondan 20 milyard dollara qədər başa gəlir"./Musavat/

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
İran nüvə silahına sahib ola bilməz
Azərbaycanda Anım Günüdür
Tovuzda yolu keçmək istəyən iki məktəblini avtomobil vurdu
Elnarə Abdullayeva nənə olacaq
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə
Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test