Rusiyanın Ukraynaya HÜCUM PLANI ÜZƏ ÇIXDI: Şəhərlər mühasirəyə alınacaq, Kiyevdə... - FOTO

Rusiyanın Ukraynaya HÜCUM PLANI ÜZƏ ÇIXDI: Şəhərlər mühasirəyə alınacaq, Kiyevdə... - FOTOAlmaniyanın "Bild" qəzeti Moskvanın Ukraynaya hücum planı hazırladığını açıqlayıb və bəzi detalları yayımlayıb.
Publika.az xəbər verir ki, qəzetin yazdığına görə, Rusiyanın hərbi əməliyyatı 3 mərhələdən ibarət olacaq.
Sonuncu əməliyyatın şimal istiqamətindən Kiyevə hücum olduğu vurğulanıb.
Bundan əlavə, iddia olunur ki, rus qoşunları Ukraynanın hazırkı ərazisinin təxminən üçdə ikisini işğal edəcək.
Nəşr qeyd edir ki, Rusiyanın Ukraynaya mümkün müdaxiləsi ilə bağlı məlumatlar NATO və təhlükəsizlik xidmətlərindən olan bir neçə şəxsin Rusiyanın hücumu ilə bağlı qiymətləndirmələrinə əsaslanır.
Adı açıqlanmayan yüksək rütbəli zabitin sözlərinə görə, Vladimir Putin Ukraynanı işğal etmək planını nəzərdən keçirir və yekun qərar hələ qəbul edilməyib.
Birinci mərhələ: Cənub
Təhlükəsizlik zabiti "Bild"ə bildirib ki, birinci mərhələdə Rusiya Federasiyası Ukraynanın cənubunu fəth etməyi planlaşdırır: "Krıma tədarük təmin etmək, həmçinin Ukraynaya dənizdən təchizatın qarşısını almaq məqsədilə".
Qərb kəşfiyyatının yüksək rütbəli zabiti qeyd edib ki, Rusiya yazda "Krımdan Odessa bölgəsinə tank və qoşun daşımaq üçün" Baltik dənizindən bölgəyə amfibiya hücum gəmilərindən istifadə etməyi planlaşdırır.
Digər yüksək rütbəli hərbçi bildirib ki, Rusiya planlarında "Odessanın şərqində, Fontanka və Koblevo şəhərləri arasında" amfibiya əməliyyatı nəzərdə tutulub. Rus qoşunları "şəhərin şimal-şərqinə doğru irəliləyəcək, sonra sola dönüb Dnestryanıya doğru irəliləyəcək". Bu, Odessanı əhatə edəcək.
Eyni zamanda Dnepr çayı boyunca yerləşən Xerson vilayətində ölkənin ən mühüm çayı üzərindən körpüləri bağlayacaq və bununla da təchizatı dayandıracaq, xüsusi qüvvələrin hava-desant əməliyyatları həyata keçiriləcək. Həmçinin Krımdan Ukrayna mövqelərinə artilleriya atışları yerinə yetiriləcək.
Rusiya tank bölmələri yenidən donanma və aviasiya qüvvələrinin dəstəyi ilə Donbasdan qərbə doğru hərəkət edəcək, sonra parçalanaraq bir tərəfdən Zaporojyeyə (Ukraynanın cənubundakı mühüm hərbi mərkəz) doğru irəliləyəcək.
Qəzet yazır ki, bu plan uğur qazanarsa, Ukraynanın bütün cənubu Rusiyanın nəzarəti altında olacaq və Putin Rusiyadan NATO-nun Rumıniya ilə sərhədinə dəhliz çəkəcək.
Rusiyanın Ukraynaya HÜCUM PLANI ÜZƏ ÇIXDI: Şəhərlər mühasirəyə alınacaq, Kiyevdə... - FOTOİkinci mərhələ: şimal-şərq
Müharibənin birinci mərhələsi ilə paralel olaraq Putinin aviasiya və ballistik raketləri Ukraynanın bütün ölkə ərazisində hərbi imkanlarını zəiflətməyi planlaşdırır. Kreml bunun üçün şərtlərin yerinə yetirildiyini hesab edərsə, Rusiya zirehli bölmələri Luqansk və Xarkov vilayətlərində sərhədi keçərək Dnepr və Poltava şəhərlərinə doğru irəliləyə bilər.
"Onlar ilk növbədə şəhərləri mühasirəyə alıb elektrik enerjisini, qazı kəsəcək, qida təminatının qarşısını alacaqlar. Bir neçə həftədən sonra ruslar özlərini dinc əhalinin xilaskarı kimi izzətləndirə, təslim olan şəhərləri zəbt edə və Ukrayna əhalisini aclıqdan və ya ölümdən xilas edə bilər", - nəşr yazıb.
Üçüncü mərhələ: Kiyev
Üçüncü mərhələdə rus ordusu şimaldan Kiyevə hücum edəcək. "Əlbəttə, bu, əgər şərait yaranarsa, müharibənin başlanğıcında baş verə bilər" - "Bild"ə mənbə bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova alman nəşrinin yazdıqlarına münasibət bildirib. Onun sözlərinə görə, "Bild" jurnalistləri öz sxemlərində 1942-ci il toponimindən istifadə ediblər. Eyni zamanda o, Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisindən ölkənin şərq hissəsinin xəritəsinin alman jurnalistlərə göndərilə biləcəyinə eyham vurub və qeyd edib ki, diaqramda Dnepropetrovsk şəhəri 2015-ci ildə dekommunizasiya zamanı əldə edilən adla qeyd olunub.
Rus senator Aleksey Puşkov isə qeyd edib ki, Ukrayna ərazisini işğal etmək planları ilə bağlı Rusiya əleyhinə yazılar Qərbin Moskvaya qarşı təcavüz planları ilə əlaqələndirilə bilər: "Amerika və alman jurnalistlərinin uzun müddətdir əlləri qaşınır, onlar həqiqətən Rusiya ilə döyüşmək istəyirlər. Bu cür nəşrlər aqressiya üçün lazım olan ab-havanı hazırlayır. Qərb mediası tərəfindən vəziyyətin oxşar gərginləşməsi İraq və Liviyaya müdaxilələrdən əvvəl də baş verib".
Akqabay

Dünya       Tarix: 05 dekabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu ötdü

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 290 milyonu, ölənlərin sayı isə 5,44 milyonu ötüb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST-ün məlumatına görə, 290 959 53

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir. Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini his

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberler bu gun en yeni xeberler ən son xəbərlər bugün cəbhədən ən son xəbər