Rusiyanın Ukraynaya hücum xəritəsi yayıldı

Rusiyanın Ukraynaya hücum xəritəsi yayıldıDonbasda irimiqyaslı döyüş əməliyyatları başlayarsa, Rusiya ordusunun Ukraynaya necə hücum edəcəyini əks etdirən hərbi xəritə yayılıb.
Publika.az Virtualaz.org-a istinadən xəbər verir ki, xəritəni "Military Maps" dərc edib. Xəritəyə əsasən Rusiya ordusunun Belarus istiqamətindən də Ukrayna ərazisinə hücum edəcəyi görünür. Bu xəritənin Rusiyanın real hərbi planlarına nə dərəcədə aidiyyəti olduğu bəlli deyil, amma indiki halda burası dəqiqdir ki, Rusiya Ukrayna sərhədlərində böyük miqdarda qüvvə - 100 min civarında canlı qüvvə, minlərlə döyüş texnikası cəmləşdirib.
Kanadanın "Globe and Mail" qəzetində dərc edilmiş məqaləsində Harvard Universitetinin Devis Mərkəzinin elmi əməkdaşı, beynəlxalq məsələlər üzrə professor Aurel Braun bu mövzuya toxunaraq bildirir ki, artıq üçüncü onillikdir hakimiyyətdə olan Vladimir Putin öz rəqiblərini onun addımlarının nədən ibarət olacağı barədə baş sındırmağa məcbur etməyi sevir. "Bu gün isə Ukrayna sərhədlərində 90 minə yaxın Rusiya qoşunlarının cəmləşdirildiyi bir vaxtda Moskvanın bu ölkəni Dnestryanı, Gürcüstan, Krım və Suriyanın daxil olduğu beynəlxalq qələbələrinin artmaqda olan siyahısına daxil etmək istəyi yarana bilər", - müəllif bildirir.
Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirməsinin məqsədi nədir: blef, şantaj, sınaq, yeni məhdud ərazilərin ələ keçirilməsi və ya total müharibə siqnalı? Moskvanın hərəkətlərinin arxasında nə dayanır?
Müəllif qeyd edir ki, Rusiyanın Ukrayna sərhədlərində qoşun cəmləşdirməsi ABŞ-ın yeni prezidenti, Moskva ilə böyük qarşılıqlı əlaqələr təcrübəsinə malik olan Cozef Bayden üçün sınaqdır.
"Moskva açıq-aşkar ümid edir ki, Bayden keçmiş prezident Barak Obama üçün xas olan "çiyin arxasından rəhbərlik" kursunu yürüdür, yəni sərt ritorika buna müvafiq addımlarla müşayiət olunmur. Rusiya Qərbi Ukraynada da güzəştə məcbur etmək üçün hidrid əməliyyatlardan istifadə edir. Prezident Bayden Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə "sarsılmaz dəstək" ifadə edib, amma biz hələ bilmirik ki, bu bəyanat onun tərəfindən əhəmiyyətli siyasi təşəbbüslərlə müşayiət olunacaqmı", - professor yazır.

Dünya       Tarix: 19 aprel 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır


yeni xeberler son xeberler azerbaycan xeberleri krminal bu gun xeberler bu gun cəbhədən son durum cəbhədən xəbərlər