Rusiyanın zərbələri nəticəsində azərbaycanlı iş adamı biznesini itirdi - FOTOLAR
Ukraynanın Xarkov şəhərində azərbaycanlı iş adamının bütün əmlakı raket zərbələri nəticəsində darmadağın olub.
KONKRET.az report.az-a istinadən xəbər verir ki, əslən Azərbaycanın Şəki şəhərindən olan, 40 ildir Xarkovda yaşayan Rafiq Qədirovun böyük istirahət mərkəzi və avtobus parkı Rusiya ordusunun raket zərbələri nəticəsində tamamilə darmadağın olub, iş adamı bütün əmlakından məhrum olub.
"1986-cı ildən burada yaşayıb işləyirəm. 90-cı illərin əvvəlindən bu biznesi yaradıb, öz əllərimlə bu restoranı, yanında böyük istirahət mərkəzini və Xarkovda iri marşrut avtobus parklarından birini qurmuşdum. İstirahət mərkəzi o qədər böyük idi ki, müharibəyə qədər hətta Rusiyadan bura istirahətə gəlirdilər. Çünki buradan Belqoroda cəmi 25-30 kilometrdir. Amma artıq heç nə qalmayıb".
O deyib ki, istirahət mərkəzinə müxtəlif ölçülü 10-dan çox raket düşüb, bütün restoran, istirahət mərkəzinin özü yerlə yeksan olub.
"Xoşbəxtlikdən çatdırıb adamları çıxara və ya sığınacağa doldura bildik və insan itkisi olmadı. Bu azmış kimi Rusiya ordusunun diversiya-kəşfiyyat hücumları zamanı yaxınlıqdakı avtobus parkım da dağıdıldı. Bura Rusiya ilə sərhədə çox yaxındır. Bütün əmlaklardan məhrum oldum. Zərər milyon dollarladır"- deyə, o, əlavə edib.




Turlar.az [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq