Rusiyapərəstlərin TEZİSİ: "Paşinyana dedilər ki…"

Rusiyapərəstlərin TEZİSİ: Ermənistanda Paşinyanın siyasəti sərt tənqid olunur və onu Qarabağı verməkdə ittiham edirlər. Buna görə də erməni mətbuatında mütamadi olaraq baş nazir haqqında tənqidi yazılar dərc olunur.
KONKRET.az oxucuları üçün maraqlı olacağını nəzərə alıb həmin məqalələrdən birini təqdim edir.
"Ona dedilər: "Qarabağdan uzaq dur, bu sənin işin deyil, hər şeyi məhv edəcəksən". Amma o, Qarabağdakı kadr məsələlərini həll etməyi, Qarabağın prezidentinin kim olacağına qərar verməyi, Şuşada içki içməyi və rəqs etməyi xoşlayırdı.
Ona dedilər: "Sizin danışıqlar prosesindən anlayışınız yoxdur. Keçmiş siyasi rəhbərliklə məsləhətləşin, onların böyük təcrübəsi var, prosesi necə aparmağı onlar sizdən yaxşı bilirlər".
Amma o, cavab verdi ki, danışıqlar prosesinə öz sıfır nöqtəsindən başlayacaq və heç kimi yaxın buraxmayacaq. Onun masasına nizamlanma layihəsi qoyuldu. Bu, Azərbaycanın sülh müqabilində ərazi düsturu və erməninin status müqabilində ərazi düsturu idi. Qarabağ ətrafında sülhməramlı qüvvələrin və bu rayonların BMT-nin himayəsi altında yerləşdirilməsi ilə Kəlbəcər və Laçın istisna olmaqla, beş rayonun Bakının nəzarətinə verilməsi təklif edilirdi. Kəlbəcər və Laçın Qarabağın statusu müəyyən edilənə qədər Ermənistanın nəzarətində qalırdı. Amma o, bütün bunların cəfəngiyyat olduğunu dedi: "Qarabağ Ermənistandır və nöqtə" – dedi.
Onlar ona dedilər: "Sən müharibədə uduzursan, çoxlu itkimiz var, hərbi əməliyyatları dayandırmaq, böyük itkilərə yol verməmək şansı var, xüsusən də Şuşa Ermənistanın nəzarətində qalacaq". Amma o cavab verdi: "Xeyr, döyüşəcəyik".
Sonra ona xatırladılıb ki, Üçtərəfli Bəyannaməyə uyğun olaraq, Rusiya Sərhəd Qoşunlarının nəzarəti altında Azərbaycandan Naxçıvana dəhliz açılmasına razılıq ver. O da buna razı olaraq bəyannaməyə imza atıb. Bu bəndin həyata keçirilməsi Laçın dəhlizinin fasiləsiz fəaliyyətinə töhfə verəcəkdi ki, bu da Qarabağ ermənilərinin normal yaşayışını təmin edəcəkdi. Lakin o cavab verdi ki, tranzit yalnız onun şərtləri ilə, Ermənistanın suverenliyinə tam hörmətlə ola bilər. İndi o, Bakıya ən sərfəli şərtlərlə bir deyil, bir neçə "tranzit" verməyə hazır olduğunu deyir.
Onlar ona dedilər: "Qarabağı Azərbaycanın bir hissəsi kimi rəsmən tanıma, bu səhvdir. Sən bununla nəinki Qarabağ problemini bağlayırsan, həm də Rusiya sülhməramlı kontingentinin onsuz da qeyri-müəyyən olan mandatını şübhə altına alırsan". Amma o, bu dəfə "Qarabağ Azərbaycandır" dedi. Bakı bu gün deyir ki, sülhə qarşı deyil, amma Ermənistandakı "revanşist əhval-ruhiyyələrə" qarantiya lazımdır, sərhəd məsələsini isə aydınlaşdırmağa dəyməz, yaxşı olar ki, bunu sonraya buraxaq.
Onlar ona deyirlər ki, Qarabağ xalqının öz vətənlərinə, öz evlərinə qayıtması, Qarabağda erməni ruhunu saxlamaq üçün 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindən azərbaycanlı qaçqınların Ermənistana qayıtmasına razılıq vermək lazımdır. Amma o deyir ki, bu, eskalasiyaya səbəb ola bilər, ən yaxşısı Qarabağ ermənilərini Ermənistana inteqrasiya etməkdir.
Bunun sonu necə olacaq? Çünki ermənilər Qarabağa qayıtmayacaq, onların bir qismi daha yaxşı həyat axtarışında Ermənistanı tərk edəcək. Daha sonra azərbaycanlılar anklavlara qayıtmağa başlayacaqlar.
Onlar ona deyirlər: "Xalqa və ölkəyə əzab verməyi dayandır, hər şey uğursuzluğa düçar oldu. Qarabağ erməniləri vətənlərini itirdi, indi get".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 21 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra


azerbaycan xeberleri yeni xeberler son xeberler en sonxeber kriminal bugun cəbhədən son xəbər maraqlı xəbərlər