Rusiyaya gedənlərin NƏZƏRİNƏ: QANUNLAR DƏYİŞİR
Rusiyadakı əcnəbilərə bir neçə gəliş məqsədi göstərməyə, həmçinin müstəqil olaraq turizm səfərləri etməyə və tibbi xidmət almağa icazə verilə bilər.
Publika.az "Sputnik"ə istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri Baş İdarəsinin rəis müavini Kirill Adzinov tibbi və sağlamlıq turizmi üzrə beynəlxalq konqresdə bildirb.
Onun sözlərinə görə, qurumun hazırladığı yeni qanun layihəsində əcnəbilər icazə verilən müddət ərzində Rusiyanı tərk etmədən gəliş məqsədlərini dəyişə bilərlər.
"Digər gəliş məqsədlərini (məsələn, iş və təhsil) birləşdirmək imkanı mümkündür", - deyən rəis müavini qeyd edib ki, gəliş məqsədlərindən asılı olmayaraq əcnəbilərə Rusiyada turizm səfərləri etmək və tibbi xidmət almaq imkanı veriləcək.
Eyni zamanda Adzinov bildirib ki, Rusiyada müalicə almaq üçün xarici vətəndaşlar yeni növ viza - adi tibbi viza ala biləcəklər.
"Yenilik olaraq, müalicə üçün Rusiyaya gələn xarici vətəndaşa və onu müşayiət edən şəxsə adi bir tibbi viza veriləcək", - deyən Adzimov onu da əlavə edib ki, həmin vizanın müddəti bir illik olacaq.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm