Rusiyaya məxsus daha bir qırıcı təyyarə vuruldu
Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın daha bir Su-34 təyyarəsini vurub.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk "Teleqram" kanalında məlumat verib.
"Şərq istiqamətində daha bir Su-34 vuruldu", – deyə o yazıb.
Su-34 əməliyyat və taktiki dərinlikdə düşmənin yerüstü hədəflərinə raket və bombalı hücumlar həyata keçirmək, həmçinin düşmənin hava hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş səsdən sürətli qırıcı-bombardmançı təyyarədir.
Qeyd edək ki, bu, Ukrayna hərbçilərinin bu il vura bildiklərini iddia etdiyi ilk Su-34 deyil. Belə ki, fevralın 17-də Ukrayna Silahlı Qüvvələrinin komandanlığı iki Su-34-ü bir anda vurduqlarını açıqlayıb. Daha bir neçə gün sonra daha bir qırıcı-bombardmançının vurulduğu bildirilir.
Ariz Həsənoğlu,
KONKRET.az

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi