Saakaşvili Ukraynaya ekstradisiyadan imtina edəcək
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynaya ekstradisiyadan imtina edəcək.
Publika.az xəbər verir ki, bu barədə siyasətçinin vəkili Giorgi Çiviaşvili bildirib.
Bazar ertəsi səhər saatlarında Saakaşvilinin mənafelərinin müdafiəçiləri Dmitri Sadzaqlişvili və Giorgi Çiviaşvili Rustavi həbsxanasında müvəkkilləri ilə ilk görüşü keçiriblər.
"O, aclıq aksiyasına davam edir və mübarizənin davamını bu formada ifadə etdiyinə inanır. Onun mövqeyi mübarizənin davam etməsidir... Ekstradisiya məsələsinə gəlincə, Mixail Saakaşvilinin bu mövzuda mövqeyi ondan ibarətdir ki, o, Gürcüstana, vətəninə gəlib və biz siyasi mübarizə planlaşdırırıq. Çox güman ki, o ekstradisiyadan imtina edəcək", - deyə Çiviaşvili qeyd edib.
Qanunsuz olaraq Gürcüstana gələn ölkənin üçüncü prezidenti oktyabrın 1-də axşam Tbilisidə həbs edilib. O, vəzifədə sui-istifadədə ittiham olunur, onun barəsində iki iş üzrə artıq qiyabi olaraq hökm çıxarıb, bu da 6 ilə qədər həbs cəzası nəzərdə tutur, qalan işlərə isə baxılır.
Tezliklə onun barəsində dövlət sərhədini qanunsuz keçməklə bağlı başqa bir ittiham irəli sürüləcək. Gürcüstan Prokurorluğu bəyan edir ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası məsələsinə baxılmır və o, cəzasını ölkəsində çəkməli olacaq.
Daha əvvəl Gürcüstanın baş naziri İrakli Qaribaşvili Saakaşviliyə qarşı ağır ittiham səsləndirib. Xüsusilə, baş nazirə görə, Saakaşvili və komandası iğtişaşlara səbəb olmaq və ölkə hakimiyyətini günahlandırmaq üçün gürcüstanlı müxalifətçilərin ölümünü planlaşdırıblar.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İranda azərbaycanlı mollaların müəmmalı ölümləri baş verir - Qumda yaşanan olaylar zənciri
Şahbaz Şərif: "Dünya sülhə heç vaxt indiki qədər yaxın olmayıb"
İran XİN başçısı: "ABŞ ilə razılaşmaya heç vaxt bu qədər yaxın olmamışdıq"
Qadağan olunmuş məlumatları "TikTok"da yayan şəxs həbs olundu
Bank Respublika "Ümumdünya Qan Donoru Günü" ərəfəsində qanvermə aksiyası keçirdi - FOTOLAR
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Pensiyaçılara şad xəbər
12 iyun üçün rəsmi məzənnələr məlum oldu
Çexiya millisi 20 ildən sonra DÇ-də qol vurdu
"Heydər Əliyev yolu Azərbaycanın uğur yoludur
DÇ-2026: Daha 2 maraqlı oyun baş tutacaq
MM Portuqaliyada səfirliyin təsis edilməsini təsdiqlədi
Nərimanovda premium təmirli mənzillər: "City Garden Narimanov" mənzil fürsətləri təqdim edir
Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama
Qara qızıl ucuzlaşdı