Saakaşvilini Putinə hədiyyə etdilər - Ukraynadan İLGİNC AÇIQLAMA
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin həbsi Rusiya lideri Vladimir Putinə ABŞ xüsusi xidmət orqanlarının hədiyyəsidir.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu bəyanatla Ukrayna Ali Radasının "Müxalifət platforması - Həyat üçün" Partiyasından deputatı İlya Kiva çıxış edib.
"Bu fırıldaqçı ilə bağlı baş verənlər Amerika xüsusi xidmət orqanlarının Vladimir Putinə hədiyyəsidir. Ona (Saakaşviliyə) deyiblər ki, "səninlə bağlı hər şey yaxşı olacaq, gəl". Onun üçün dəhliz yaratdılar. Çünki Gürcüstanda olduğu kimi bizim ölkəmizdə də hər şeyə Dövlət Departamenti nəzarət edir. Buna görə dəhliz təşkil edildi və Mişa ona heç bir şey olmayacağına əmin olaraq yola düşdü. Məsələ belədir", - Kiva "Birinci müstəqil" telekanalının efirində deyib.
Deputat hesab edir ki, Saakaşvilinin həbsi Gürcüstanın 2008-ci ildə Cənubi Osetiyaya hücumunun bir növ təzminatı oldu.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək