Saakaşvilinin Ukraynaya qarşı şikayəti rədd edildi
Avropa İnsan Haqları Məhkəməsi "Saakaşvili Ukraynaya qarşı" işi üzrə yekun qərarını bəyan edib.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, Strasburq məhkəməsinin bəyanatında Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin 2017-ci ildə Ukrayna vətəndaşlığından məhrum edilməsi ilə bağlı müraciətinin yekdilliklə rədd edildiyi bəyan edilib.
Qeyd olunub ki, 2015-ci ildə Ukrayna vətəndaşlığı qəbul etmiş Saakaşvili bu ölkənin siyasətində aktiv şəkildə iştirak edib. Saakaşvili 2017-ci ildə vətəndaşlıqdan məhrum edilməsi, həmçinin həbsi və Ukraynadan çıxarılması nəticəsində insan haqlarının pozulduğunu iddia edib. O, Avropa İnsan Haqları Konvensiyasının alçaldıcı və qeyri-insani rəftar, şəxsi həyatın toxunulmazlığı, sərbəst toplaşmaq azadlığı, bəraət hüququ və hüquqlarından istifadənin məhdudlaşdırılmasını ilə bağlı maddələrinə əsaslanaraq məhkəməyə müraciət edib.
Bəyanatda qeyd olunub ki, Saakaşvili bu şikayətlərindən altısı ilə bağlı Ukraynada milli səviyyədə mövcud olan leqal vasitələrdən istifadə etməyib, birinin isə aşkar surətdə heç bir əsası yoxdur.

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi