Saakaşvilinin yeni ailə qurduğu xanım Ukrayna hakimiyyətindən kömək istədi
Ukrayna Ali Radasının deputatı və Mixail Saakaşvilinin yeni ailə qurduğu xanımı 31 yaşlı Liza Yasko ərinə hüquqi yardım göstərilməsi ilə bağlı Ukrayna hakimiyyətinə müraciət edib.
Publika.az Gürcüstan mediasına istinadla xəbər verir ki, onun bununla bağlı açıqlaması feysbukda yayılıb.
"Öz dövləti uğrunda sevgi və mübarizə - bu, nəcib işidir! Və mən onun mübarizəsini dəstəkləyirəm. Mixail Saakaşvili Ukrayna vətəndaşıdır və biz vətəndaşımızı müdafiə etməliyik!", - deyə o qeyd edib.
Parlament üzvünün müraciəti Ukrayna Prezidenti Vladimir Zelenskiyə və onun ofisinə, Xarici İşlər Nazirliyinin başçısı Dmitri Kulebaya, Baş nazir Denis Şmıqala, Ukraynanın Gürcüstandakı səfirliyinə və BMT-yə ünvanlanıb.
Qeyd edək ki, Gürcüstanın sabiq dövlət başçısı 1990-cı illərin ortalarından Sandra Rulofsla evli olub. Onların iki oğlu var. Cütlüyün boşanması barədə məlumatlar ictimailəşdirilməyib.
Tural Turan

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm
Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür