Saakaşviliyə qarşı yeni ittihamlar irəli sürülə bilər
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili öz vətənində iki cinayət işi üzrə məhkum olunub, prokurorluq sərhədləri qanunsuz keçmə ilə əlaqədar ona yeni ittiham irəli sürülməsinə ehtiyac görmür.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.
"Mixeil Saakaşvili artıq məhkum edilib. Onun barəsində cinayət işləri var. Buna uyğun olaraq o, həbs edilib və cəzaçəkmə müəssisəsindədir. Sərhədi keçmə işinə gəlincə, lazım bildiyimiz zaman yeni ittiham irəli sürülə bilər", - prokurorluğun mətbuat xidmətinin əməkdaşı bildirib.
O qeyd edib ki, Gürcüstan qanunvericiliyinə görə, cinayət işi açılmış şəxsə yeni ittiham irəli sürmək üçün müstəntiqlərin 48 saat vaxtı var:
"Bu, baş verməsə, hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi azad etməyə borcludurlar. Saakaşviliyə gəldikdə, bu qayda tətbiq edilmir, çünki o, təqsirləndirilən şəxs deyil, məhkum kimi saxlanılır".
Mixeil Saakaşvili oktyabrın 1-də feysbukda Gürcüstanın Batumi şəhərinə gəldiyini iddia etdiyi video yerləşdirdikdən sonra saxlanılıb. Daha sonra prokurorluq Saakaşvilinin Gürcüstana gəlməsi ilə əlaqədar olaraq dövlət sərhədini qanunsuz keçmə faktı ilə bağlı cinayət işinin açıldığını bildirib. Keçmiş prezident hazırda Rustavi şəhərindəki həbsxanadadır. ("Report")

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm
Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür