Saat 22:00-dan 07:00-a kimi səs-küy salmaq QADAĞAN EDİLİR
Rusiyada vətəndaşların sakitliyə riayət edilməsi haqqında qanun layihəsi Federasiya Şurasında dəstəklənib.
KONKRET.azxəbər verir ki, bu barədə "İzvestiya" qəzeti məlumat yayıb.
Belə ki, yeni qanun layihəsi bütün regionlarda saat 22:00-dan 7:00-a qədər səs-küyə qadağa qoyulmasını, iş günlərində isə iki saatlıq fasilə ilə səhər saat 9:00-dan 19:00-a qədər tikinti işləri üçün vaxt təyin etməyi təklif edir.
"Çoxmənzilli binalarda yaranan səs-küy problemi bütün sakinləri narahat edir. Rusiya Federasiyası qanunların təsirinə baxmayaraq, bu problem qalmaqdadır. Bu məsələni tənzimləyən vahid qanun lazımdır", – Federasiya Şurasının üzvü Anatoli Artamonov bildirib.
Qanunvericilərin fikrincə, vahid normanın tətbiqi insanların həyatını asanlaşdıracaq.
Qeyd edək ki, 28-55 yaş arası kişi və qadınlar arasında aparılan sorğunun nəticələrinə görə, vətəndaşların 60%-dən çoxu səs-küylü qonşulardan əziyyət çəkir.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək
Bu işlərdə çalışanların ödündə daş yaranır
Reklamlarda əxlaqsızlığı təbliğ edənlər 500 manat cərimələnəcək - Açıqlama
Serdar Ortaç vəsiyyətini açıqladı
Sərxanın Rusiyaya girişinə 'stop' qoyulub
Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
Təcili: Azərbaycanda dizel bahalaşacaq? – Deputatdan AÇIQLAMA
Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı
Formula-1 ilə bağlı DYP-dən sürücülərə xəbərdarlıq
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
"Mahiri komandanın lideri olacağına inandırıblar" - Ayxan Abbasov
Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürdü
Beyləqanda AĞIR QƏZA: Beş İran vətəndaşı xəsarət aldı