Sabah Bakının bu rayonunda qaz olmayacaq
"Alatava" QPS-də yeni quraşdırılmış kollektora "Mikrorayon 500 mm-lik" əhali qaz kəmərinin birləşdirilməsi məqsədi ilə 16.08.2024-cü il tarixdə saat 09:30-dan işlər yekunlaşanadək "Mikrorayon" ölçü qovşağından qaz təchizatı dayandırılacaq.
Bu barədə azxeber.com-a "Azəriqaz" İB-dən bildirilib.
Məlumata görə, təmir-quraşdırma işləri görülən müddətdə Nəsimi rayonunun 20 Yanvar, Asəf Məhərrəmov, Mircəlal, Eldar Tağızadə küçələrinin və Moskva prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaqdır.
Kurslar.az kurslar [newsid: 0-123300]