Sabah Bakının mərkəzində yolun bir hissəsi tamamilə bağlanacaq
Sabah Bakının mərkəzində yolun bir hissəsi tamamilə bağlanacaq.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
Onun sözlərinə görə, Səbail rayonu, Akademik Zərifə Əliyeva küçəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Məhdudiyyət Azadlıq prospektindən (Hökumət evinin yanı) Bülbül prospekti ilə kəsişməsinə qədər ("Sahil" metrostansiyası yaxınlığında) küçəyə yeni asfalt örtüyünün döşənməsi ilə bağlıdır.
O, bildirib ki, küçənin bu hissəsində avqustun 20-də nəqliyyatın hərəkəti tam dayandırılacaq.
"Sürücülər Üzeyir Hacıbəyli küçəsi ilə dolama yoldan istifadə etməlidirlər - Hökumət Evinin yanından keçərək düz Rəşid Behbudov küçəsi ilə kəsişməyə, sonra düz Bülbül prospektinə, sonra sola, "Sahil" metrostansiyasının yanından sonra sağa, Zərifə Əliyeva küçəsinə və daha da irəli Azneft dairəsi. Sürücülərdən avtomobil idarə edərkən bunu nəzərə almaları və alternativ yollardan istifadə etmələri tövsiyə olunur", - A.Əsgərli vurğulayıb. / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"