Sabah Moskvada 4 ölkənin XİN rəsmiləri GÖRÜŞƏCƏK
Sabah Rusiya, Türkiyə, Suriya və İranın diplomatik departamentlərinin rəhbər müavinləri arasında danışıqlar keçiriləcək.
KONKRET.az xəbər verir ki, bütün nümayəndə heyətləri nazirlər səviyyəsində növbəti görüşü hazırlamaq üçün artıq Moskvaya gəlib.
"Sabah xarici işlər nazirlərinin görüşünün hazırlanması ilə bağlı məsləhətləşmələr aparılacaq. Artıq bütün nümayəndə heyətləri Moskvaya gəlib", – mənbə bildirib.
Bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Moskvada apardığı danışıqlardan sonra qeyd edib ki, görüşün əsas məqsədi "Türkiyə və Suriyanın baxışlarının yaxınlaşması" olacaq. Öz növbəsində, Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov ümid etdiyini bildirib ki, bu "vasitəçilik missiyası çox mühüm strateji məqsədə – Suriya-Türkiyə münasibətlərinin normallaşmasına yönəlib".

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir