Sabiq deputat: "Fuad Nağıyev mənimlə bağlı "yuxarı"ya şikayət etmişdi
"Mən Dövlət Turizm Agentliyini tənqid edəndə əleyhimə çoxlu sayda təzyiqlər, şikayətlər olmuşdu. Hətta Agentliyin rəhbərliyi mənim barədə daha "yuxarı" şikayət etmişdi. Bir sıra nazirliklər, agentliklər də olub ki, hər dəfə tənqid edəndən sonra məndən "yuxarı" şikayət ediblər. Görürsünüz, zaman-zaman müəyyən sirlərin, nöqsanların üstü axır ki açılır".
azxeber.com xəbər verir ki, bu sözləri Pravda.az-a sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli Prezident İlham Əliyevin imzaladığı sərəncamla Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyev barəsində şiddətli töhmət elan edilməsindən danışarkən deyib.
""Dövlət sirri haqqında" qanun var. Əgər dövlət sirri sızdırılırsa, bu, yüksək dərəcədə cinayət məsuliyyətinə səbəb ola bilər. Xüsusilə ağır cinayət kimi… Dövlət sirri olmayan məlumatların, ailə və ya hansısa istehsalat sirrinin yayılması kimi məsələlər də qanunla qadağandır. Bunun üçün də məsuliyyət nəzərdə tutulur. İndiki halda inzibati tənbeh tədbirləri görülürsə, hesab edirəm, Fuad Nağıyevin fəaliyyəti araşdırılcaq və məsələ daha da dərinləşəcək. Hansı dərəcəli məlumatlar sızdırılıbsa, bu haqda məlumat veriləcək. Eşitdiyimizə görə, hətta ölkədən xaricə məlumatlar ötürülüb. Bu isə çox ciddi qanun pozuntusudur. Araşdırmaların nəticəsini gözləyək", — o bildirib.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır