Sabiq nazir paraşütdən yerə çırpılıb: "İki fəqərəm sındı"

Sabiq nazir paraşütdən yerə çırpılıb: "Səhhətimdə ciddi problemlər yaşadım, bir neçə əməliyyat keçirdim. Bu səbəbdən də müəyyən fəsadlar yarandı. Nəticədə praktiki olaraq ekspedisiyaların təşkilində fasilə vermək məcburiyyətində qaldım".
KONKRET.az xəbər verir ki, bunu "oxu.az"-a müsahibəsində keçmiş Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.
O, səhhətində yaranış problemin paraşütdən atılarkən ağır xəsarət alması ilə bağlı olduğunu deyib: "O vaxt biz ekstremal idman növləri ilə bağlı Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası yaratmışdıq. Özüm də paraşütdən tullanırdım. Bir dəfə uçuş zamanı paraşütün əyləci düzgün verilməmişdi, o dolaşmışdı. Təəssüf ki, mən havada olarkən bunun fərqinə vardım. Paraşütün əyləci ayrı-ayrılıqda sağa və sola dönmə üçün istifadə edilir. Lakin ikisi bir yerdə sürətin azaldılmasına xidmət edir. Onlar doğru tənzimlənmədiyi halda sən 30-40 km/saat sürətlə yerə çırpılırsan. Mən havada çox qala bilməzdim, çıxış yolu axtardım, bir yamaca eniş etməyi sınadım. Lakin təəssüf ki, yerə çırpıldım və onurğa sütununda iki fəqərəm sındı. Bütünlükdə hərəkət qabiliyyətimi itirdim".
Eks – nazir qeyd edib ki, Almaniyada əməliyyatının mümkün olduğunu öyrənib və onu həmin ölkəyə aparıblar: "Xüsusi sement maddədən qırılan iki fəqərələri bərpa etdilər. Yerimə qabiliyyətim bərpa olundu. Lakin görünür ki, sement canlı maddə olmadığı üçün zaman keçdikcə süni fəqərələr yeyilməyə başladı. İllər sonra həkim müayinəsi zamanı iki fəqərənin yeyildiyi məlum oldu. Bu bel sütunun qabarmasına səbəb oldu. İki ağır cərrahi əməliyyatlar keçirdim. Nəhayət 30 santimetr ölçüsündə titan implant qoyuldu".
H.Bağırov deyib ki, hazırda hərəkət edə, gəzə bilir.
"Lakin implant yad cisim olduğundan orqanizmlə tam adaptasiya olmayıb. Bu, çox yeni texnologiyadır və nə həkim, nə də mən bilmirik ki, iki-üç il sonra nə baş verəcək" – deyə, keçmiş nazir bildirib.

Siyasi       Tarix: 13 fevral 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeberler xeber.az krminal bu gun metbuat xeberleri