Sabir Zeynalov bürünc medal qazandı
Paris-2024 Yay Paralimpiya Oyunlarında bu gün parataekvondo yarışlarına start verilib.
KONKRET.az xəbər verir ki, Azərbaycan millisinin heyətində ilk gündə 1 paralimpiyaçı dayanqa çıxıb.
İlk mərhələdən azad olan Sabir Zeynalov 1/4 finalda Mitsuya Tanaka (Yaponiya) ilə üz-üzə gəlib. Gərgin keçən döyüş parataekvondoçumuzun qələbəsi ilə bitib. 6:5 hesabı ilə qalib gələn Zeynalov mərhələ adlayıb. O, yarımfinalda türkiyəli Can Özcanla münasibətinə aydınlıq gətirib. 18:23 hesabı ilə uduzan Sabir bürünc uğrunda yarışıb. Parataekvondoçumuz tailandlı Tanva Taenxamla döyüşüb və inamlı qələbə qazanıb – 12:3. Bu, yığmamızın Fransa paytaxtında ilk medalı olub.
Qeyd edək ki, parataekvondo millimiz Paralimpiadaya 3 nəfərlə yollanıb.


İlham Əliyevin sosial media hesablarında paylaşım edildi – FOTO
Azercell-in dəstəyi ilə 100 gənc qadın sahibkarlıq və liderlik bacarıqlarını inkişaf etdirib
Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq
Dani Bolt "Qarabağ"dan getdi
Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi
"Neftçi" xorvatiyalı Viçko Şeveli heyətinə qatdı
Messi milli komandadakı karyerasını başa vurub
"Qəbələ" Kaxaber Sxadadze ilə yollarını ayırdı
Pezeşkian: İran Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlıdır
Nofəl İbrahimov vəfat etdi
AccessBank-da yeni dalğa – AccessRadio artıq yayımda
31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı
Qarabağda bədbəxt hadisə - 2 nəfər həyatını itirdi (FOTO)
Azərbaycanda oğul atasını öldürdü - 34 il sonra tutuldu
İlham Əliyev Lukaşenko ilə söhbət etdi