Şabran polisi əməliyyat keçirdi, üç rayon sakini saxlanıldı

Şabran polisi əməliyyat keçirdi, üç rayon sakini saxlanıldıŞabran Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən silsilə əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan üç rayon sakini saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Open.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Rauf Əliyev yaşadığı evin yaxınlığında saxlanılıb.
Hal şahidlərinin iştirakı ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan bir kiloqrama yaxın qurudulmuş marixuana və kibrit qutularında saxladığı çətənə bitkilərinin toxumları, eləcə də evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirdiyi hündürlüyü 30-195 sm-ə qədər olan 15 ədəd çətənə bitkisi aşkarlanıb.
Dindirilmə zamanı R.Əliyev çətənə bitkilərini şəxsi istifadəsi üçün becərdiyini etiraf edib.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli daha iki rayon sakinləri – Samir Məmmədov və Bəhruz Babayev saxlanılıblar.
Samir Məmmədovun üzərinə keçirilən baxış zamanı ondan altı bükümdə qurudulmuş marixuana, Bəhruz Babayevə məxsus fərdi yaşayış evindən isə aqrotexniki qaydada qulluq edilərək yetişdirdiyi dörd ədəd çətənə bitkisi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı saxlanılan hər bir şəxs barəsində Şabran RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Hadisə       Tarix: 06 avqust 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Beyləqanda müəllim komaya düşüb öldü - Foto

Beyləqan rayonunda müəllim vəfat edib. xəbər verir ki, Aygün Həsənova dünyasını dəyişib. O, Beyləqan rayonunun Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Məlumata görə, müəlli

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub

43 yaşlı qadın boğularaq öldürüldü: qohumu saxlanıldı

Siyəzən rayonunda 43 yaşlı qadın boğularaq öldürülüb. KONKRET.azxəbər verir ki, Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 45 yaşlı Naqil Səmədağa oğlu Ağamalıyev qohumu, 43 yaşlı Xəyalə Muradağa qızı Ağamalıyevanı Siyəzə

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!

Tovuzda ağır qəza - 3 nəfərin vəziyyəti ağırdır

Tovuzda yol qəzası baş verib. xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. "VAZ 21011" markalı avtomobillə "Opel" markalı maşın toqquşub. İlkin məlumata görə, hadisədə üç nəfər xəsarə

Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı

Biləsuvar rayonunda əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində fasiləyə səbəb olub. xəbər verir ki, ildırım elektrik dayağının izolyatorunu vurub. Nəticədə elektrik təchizatında yaranan problem səbəbindən rayonu

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi

Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəminin vurulması zamanı azərbaycanlıların hamısı xilas edilib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsini

Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası – 1969-cu il təvəllüdlü Səadə


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən xəbər xeber saytlari en son xəbərlər bugün hava proqnozu