Şabranda qadın məktəbdə bıçaqlandı – Təfərrüat
Şabran rayonunda orta məktəbdə baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.
KONKRET.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Rəhimli kənd İlqar Abasov adına tam orta məktəbində qeydə alınıb.
Kənd sakini, 1978-ci il təvəllüdlü Asim Nəcəf oğlu Nəcəfov 1984-cü il təvəllüdlü Arzu Ağaməli qızı Əliyeva ilə ailə həyatı qurub. Onların birgə nikahından dörd övladları dünyaya gəlib.
Ailə bir müddət normal münasibətdə olsa da, ötən ildən cütlük arasında münasibət pozulub və ailədə söz-söhbət başlayıb. Qadın bir neçə dəfə uşaqları atıb Abşeron rayonu, Xırdalan şəhərinə – atasının evinə gəlsə də, A.Nəcəfov onu evinə qaytarıb.
Bir ay əvvəl isə qadın birdəfəlik atasının evinə gəlib və geri qayıtmayıb. O, boşanmaq üçün məhkəməyə müraciət edib. A.Nəcəfov bir neçə dəfə həyat yoldaşı ilə danışıb, boşanmamasını təklif etsə də, qadın onunla razılaşmayıb.
Bu gün səhər saatlarında isə orta məktəbdə valideyn iclası olub və A.Nəcəfov iclasa dəvət alıb. Amma o məlumat alıb ki, həyat yoldaşı da Xırdalan şəhərindən valideyn iclasına, övladlarını görməyə gəlib. Hadisədən əsəbiləşən A.Nəcəfov evdən mətbəx bıçağı götürərək, orta məktəbə iclasa gəlib. O, orta məktəbin pilləkənində həyat yoldaşı və baldızı ilə rastlaşıb. A.Nəcəfovla A.Əliyeva arasında mübahisə başlayıb və mübahisə davaya çevrilib. Dava nəticəsində A.Nəcəfov üzərindəki bıçaqla A.Əliyevanı bıçaqlayıb.
Hadisədən sonra A.Nəcəfov könüllü olaraq polisə gedərək, təslim olub.
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq