Sabunçu Tibb Mərkəzi göndərişi olan xəstəni qəbul etmir? - İDDİA
Əlində tibbi göndərişi olsa da, xəstəni Sabunçu Tibb Mərkəzinə qəbul etmirlər.
azxeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, şəxsin özü və yaxınları belə iddia edirlər.
Xəstəlikdən əziyyət çəkən İsmayıl Mirzəyevin 38 yaşı var. Deyilənə görə, hər şey 3 ay əvvəl qəfildən başlayıb. Virus səbəbindən sinirləri iflic olub və getdikcə bütün orqanizmə yayılıb.
İsmayıl Mirzəyevin bacısı Səbinə Mirzəyeva deyir ki, qardaşını təcili xəstəxanaya yerləşdirməyə ehtiyac var, çünki çətin vəziyyətdədir.
Amma əllərində göndəriş olsa da, onu Sabunçu Tibb Mərkəzinə qəbul etmirlər.
Səbinə Mirzəyevanın iddiasına görə, Sabunçu Tibb Mərkəzində hər dəfə bir səbəb göstərərək qardaşını xəstəxanaya qəbul etmirlər. Sonuncu dəfə isə onlara xəstəxanada yer olmadığı bildirilib.
Məsələ ilə bağlı Sabunçu Tibb Mərkəzindən bildirilib ki, növbətçi həkim-nevroloqun baxışı zamanı İsmayıl Mirzəyevin emosional gərginliyi nəzərə alınaraq xəstəyə müvəqqəti olaraq Psixosomatika şöbəsinə yerləşdirilməsi təklif olunub, lakin pasiyent bu təklifdən imtina edib. Mərkəzdən o da qeyd olunub ki, Nevrologiya və Psixosomatika şöbələrinin ixtisaslı həkimləri tərəfindən xəstəyə təkrar baxış keçirilib. Hazırda xəstənin mövcud vəziyyəti nevroloji baxımdan kəskinləşmə dövründə olduğu üçün müalicəsinin Nevrologiya şöbəsində davam etdirilməsi qərara alınıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma