ŞAD XƏBƏR: Azərbaycanda pensiyaya çıxmaq asanlaşacaq
"Əmək pensiyaları haqqında" qanuna edilən dəyişikliyə əsasən, vətəndaşlarımızın bir neçə pensiya hüququ yaranacaq.
azxeber.com xəbər verir ki ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, vətəndaşların xüsusi pensiya hüququ, sosial kapitala görə yaranır.
"Belə olan halda onların pensiyası pro-aktiv olaraq müəyyən olunacaq, yəni elektron məlumatlar üzərindən müəyyənləşdiriləcək.
Qanuna dəyişikliyin ikinci mühüm əhəmiyyəti ondan ibarətdir ki, prosedurlar azalır, elektronlaşma artır. Bu da imkan verəcək ki, həm pensiya təyinatında şəffaflığı artırmaq mümkün olsun, həm də elektron prosesdurlara əməl olunduğu üçün daha qısa zamanda vətəndaşın pensiya təminatı həyata keçirilsin. Yəni pensiya təyinatı üçün tələb olunan günlər və xərclər azalacaq. Vətəndaşlarımızın əksəriyyəti elektron sistem üzərindən pensiya təminatı əldə edə biləcəklər", - deyə deputat əlavə edib.
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində iyunun 7-də keçirilən plenar iclasında üçüncü oxunuşda qəbul edilib.

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Roman Abramoviç Bakıya gəldi
Bakıda yük avtomobili qəza törətdi, yol bağlandı
Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR
Tovuzda ağır qəza - 3 nəfərin vəziyyəti ağırdır
Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - YENİLƏNİB
Bu ərazilərdə işıq olmayacaq
Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər