Sadıqovun komandası ilk oyunda heç-heçə etdi
Azərbaycan Premyer Liqasında I tura yekun vurulub.
Publika.az xəbər verir ki, bu gün keçirilən turun sonuncu oyununda "Qəbələ" və "Zirə" komandaları üz-üzə gəlib.
Bu, həm də Rəşad Sadıqovun "Zirə" klubunun sükanı arxasında baş məşqçi kimi ilk rəsmi görüşü olub.
Matça sürətli başlayan "Qəbələ" Asif Məmmədovun erkən qolu ilə hesabı açıb. Lakin yarım saat tamam olmamış qonaqlar bərabərliyi bərpa ediblər. Kapitan Ağabala Ramazanov fərqlənib. Qalan vaxtda qapılara qol vurulmadığından, mövsümün ilk heç-heçəsi qeydə alınıb. Görüşə əlavə edilmiş dəqiqələrdə isə Rəşad Sadıqovun komandası meydanda azlıqda qalıb. Hacıağa Hacılı mövsümün ilk qırmzı vərəqəsini alıb. Bununla "Qəbələ" ardıcıl 7-ci Premyer Liqa oyununda "Zirə"yə uduzmayıb.
Qeyd edək ki, birinci turun ilk 3 oyununda "Keşlə" "Sumqayıt"a (1:0), "Neftçi" "Səbail"ə (2:1), "Qarabağ" isə "Sabah"a (2:0) qalib gəlib.
Xidmetler [newsid: 0-123300]

Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
ABŞ-ın İrana əsas tələbləri açıqlandı: Razılaşma buna görə baş tutmur
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Azercell media nümayəndələrini təbrik edir
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
UEFA Avropa Liqası: "Qarabağ" SSKA-nı qəbul edəcək
UEFA Konfrans Liqası: "Zirə" "Payde" ilə üz-üzə gələcək
Macarıstan prezident postuna namizəd axtarır - Şahmat ustası imtina etdi
Bakıda "Neftçi"yə 2 qol vuran Vardanyandan açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
85 baş qoyunla birlikdə itkin düşən çoban tapıldı: 14-nü mənimsəyib
İran 7 ölkəyə hücumla bağlı xəbərdarlıq etdi
"Dövlət şirkətlərində maaşlar baş nazirin maaşından yüksək ola bilməz" — Macar
Gəncədə iki bacını avtomobil vurdu
Neft bahalaşdı: Brent 96 dolları keçdi