Şaftalının FAYDALARI
Şaftalı Şərqdə cavanlığın və uzunömürlülüyün rəmzi sayılır.
KONKERET.az xəbər verir ki, diyetoloqlar şaftalı və şaftalı şirəsini uşaqlar və hamilə qadınların qidalanmasına daxil etməyi tövsiyə edirlər.
Şaftalı bağırsaqların fəaliyyətini yaxşılaşdırır və bu səbəbdən qəbizlikdən əziyyət çəkənlər üçün çox faydalıdır.
Həmçinin "tüklü meyvə" iştahanı artırır və həzmi yaxşılaşdırır.
Kalium və maqneziumla zəngin olan şaftalı ürək əzələsinin sağlamlığını qoruyur, ürəyin ritmini tənzimləyir. Ürək xəstəliklərindən əziyyət çəkənlər hər gün 1 stəkan şaftalı şirəsini içməlidir. Bu çox yaxşı müalicəvi və həmçinin profilaktik vasitədir.
Şaftalı yüngül sidikqovucu təsirə malikdir, böyrəkləri və sidik kisəsini təmizləyir.
Şaftalı əqli fəaliyyəti ilə məşğul olanlar üçün çox faydalıdır – beyinin fəaliyyətinə müsbət təsir edir, yaddaşı yaxşılaşdırır.
Şirin ətirli meyvə insanın əhval-ruhiyyəsini yaxşılaşdırır, stressi azaldır. Şaftalı yağının iyi baş ağrıları zamanı çox yaxşı kömək edir.
Şaftalı və şaftalı yağı kosmetologiyada çox geniş istifadə olunur. Şaftalı dərini cavanlaşdırır, daha elastik və dartılmış edir.//saglamolun.az / konkret.az

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı