"Sağlam həyat naminə narkomaniyaya yox deyək!" mövzusunda tədbir keçirildi - FOTOLAR

21 iyun 2022- ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti,  Binəqədi Rayon Gənclər və İdman İdarəsi və "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 26 iyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə "Sağlam həyat naminə narkomaniyaya yox deyək!" mövzusunda tədbir keçirilib.
azxeber.com xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sabir Əliyev, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova, Sosial - psixoloji Reabilitasiya Mərkəzinin əməkdaşı Tural Əliyev və gənclər iştirak edirdilər. 
Tədbirdən öncə qonaqlar məktəblilərin 26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş rəsm işlərindən ibarət sərgi ilə tanış oldular.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova cəmiyyətdə irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri olan "ağ ölüm" kimi tanınan narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlar yaratdığından, bəşəriyyət üçün böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin  hər zaman  aktual xarakter daşıdığından, narkomaniya ilə mübarizə sahəsində görülən tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğundan və bu istiqamətdə həyata keçirilən mühüm tədbirlər haqqında geniş məlumat verərək, yeniyetmə və gənclər üçün böyük təhlükə mənbəyi olan "ağ ölümə" qarşı həyata keçirilən genişmiqyaslı maarifləndirmə tədbirlərinin Binəqədi rayonunda mütəmadi xarakter daşıdığını qeyd etdi.   
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun rəhbər müavini Tanrıverdi Aydınov çıxışında narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, narkomaniya ilə mübarizənin uzunmüddətli və çoxşaxəli bir proses olduğunu, bəzi gənclərin narkotik asılılığı girdabına yuvarlandığını və bunun da cinayətlərin törədilməsinə səbəb oluğunu vurğulayaraq, gəncləri bu bəlanın qurbanına çevrilməməsi üçün narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılmasını və belə tədbirlərdə ictimaiyyət nümayəndələrinin və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsinin vacibliyini tövsiyyə etdi.  
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov çıxışında bu görüşün olduqca aktual mövzuya həsr edildiyini vurğuladı. Narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən, onun fəsadları barədə geniş məlumat verən nazirlik rəsmisi narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının vacibliyini bildirərək, ölkəmizdə narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu tədbirlərin həyata keçirildiyini nəzərə çatdırdı və gənclərin bu bəladan uzaq olmalarını, təhsilə, yaradıcılığa, idmana daha çox maraq göstərmələrini tövsiyyə etdi.
Sonda Sosial-psixoloji Reabilitasiya Mərkəzinin əməkdaşı Tural Əliyev əvvəllər özünün də narkomaniya bəlasına düçar olduğunu, ailəsinin, cəmiiyətin dəstəyi və ən əsası özünün istəyi ilə bu bəladan xilas olduğunu və hal-hazırda sağlam həyata qayıtdığını, sağlam həyat tərzi keçirdiyini söyləyərək, indi mərkəzin və özünün bu bəlaya düçar olan insanların sağalmasında, reabilitasiyasında dəstək olduğunu, gənclərə aldanmamağı, narkotik aludəçisi olmamağı,  sağlam həyat tərzi keçirməyi məsləhət gördü.
Tədbirin sonunda  gənclərimiz tərəfindən  narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınmasında həyata keçirilən tədbirlər, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən işlər və onların nəticələri barədə məlumat verməsi üçün  tədbir iştirakçılarına suallar ünvanlandı.

Sosial       Tarix: 22 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün enson xeberler son xəbər azerbaycan son xeber bugun