Şah Əfşarın "Şah" almazı Kremlə necə verildi?– Sabiq səfirin isterikası

Şah Əfşarın İranın keçmiş səfirləri ard-arda "dil açmaqda", başlarından və rütbələrindən böyük şeylər danışmaqdadırlar.
KONKRET.azxəbər verir ki, İran İslam Respublikasının Əfqanıstan və İtaliyada səfiri olmuş Əbülfəzl Zöhrəvənd Azərbaycana ərazi iddiaları irəli sürüb.
Burada bir xətt görünür. Bu adamlar hazırda İranı diplomatiya arenasında təmsil etmirlər və onların dedikləri üçün İranın xarici siyasət idarəsi məsuliyyət daşımır.
Eyni zamanda belə görünür ki, bu kimi fikirlərin səfir vəzifəsi tutmuş, diplomatik rütbə daşıyan biriləri tərəfindən səslənməsi lazım bilinib.
Hər halda, bu adamlar Tehrandan idarə olunan patriot olsalar da, belə bəyanatlarla özlərini yada salmaq məqsədi daşısalar da, fərqi yoxdur, onlar 30 ildir BMT-nin üzvü olan bir dövlətə qarşı ərazi iddiası sürməklə əndazələrini aşırlar.
Əfşar Süleymani sonradan "Azərbaycan İrana birləşdirilməlidir" sözlərinin ona məxsus olmadığını bildirsə də, Zöhrəvənd daha kəskin danışıb.
Onun dilə gətirdiyi fikirlər qısaca belədir: "Türklər Zəngəzuru da almaq, bizim Ermənistanla bir neçə kilometrlik sərhədimizi kəsmək istəyirlər"; "Naxçıvan və Qarabağ məsələsi bizim əleyhimizə bitdi. Naxçıvan tamamilə İrana birləşdirilməlidir. Naxçıvan bizimdir"; "Türkiyə ilə Azərbaycan arasında birbaşa yol, hətta yeraltı tunel çəkilsə belə, bizim problemimiz olacaq"; "Azərbaycan NATO-nun İranı parçalaya biləcəyi bir nöqtədir"; "Ermənilər İranın müttəfiqləridir. Tarix boyu həmişə belə olub"; "Azərbaycan deyə bir yer yoxdur. Bunlar (azərbaycanlılar) doğrudan da İran azəriləridir. Əks halda onlar bu ərazini tərk etməlidirlər. Azərbaycan yenidən İrana birləşdirilməlidir"; "İlhaq edilmədikcə İranı xərçəng hüceyrəsi kimi narahat edəcək" və s.
Ərazi iddiası və suveren dövlətin mövcudluğuna son qoymaq niyyəti başqa necə olur ki?
Görünür, İran dövlətini idarə edənlər bu kimi ritorika ilə danışmağa öyrəncəlidirlər. Budur, onlar 40 ildən çoxdur ki, "Yaxın Şərqdə İsrail adlı dövlət olmamalıdır" deyir, "Holokostu" inkar edir, yəhudi dövlətini və xalqını məhv etməklə hədələyirlər.
Bu cür ritorika dünya biriiyində qəbul olunmur və neofaşizm bəlirtiləri sayılır. Bir neçə ölkədə işləmiş diplomatlar bunu hamıdan əvvəl bilirlər, bilmirlərsə də, bilməlidirlər ki, siyasi xadimlər və diplomatlar belə danışmaqla, açıqladıqları niyyəti həyata keçirməyə çalışmaqla təmsil etdikləri dövləti beynəlxalq arenada təcridə məruz qoya bilərlər. Onsuz da İran çox ağ gündə deyil.
İkincisi, 100-200, 500-1000 il əvvəl hansısa dövlətlərin bir paytaxtdan idarə olunması heç kəsə haqq vermir ki, sonradan o dövlətləri yenidən bir bayraq altına toplamağa cəhd etsin, hətta bu barədə fikir səsləndirsin.
Bütün böyük ölkələr, məsələn, Fransa, İngiltərə, Rusiya, Almaniya, Türkiyə, İspaniya öz keçmiş müstəmləkələrinə yenidən sahiblənmək istəsələr və buna nail olsalar, dünyadakı dövlətlərin sayı 20-dən artıq olmaz. Buna nail olmaq üçün neçə milyard insan həlak olar, dünya dağılarmı, dağılmazmı, bu, başqa söhbətdir.
Üçüncüsü, "Azərbaycan İrana birləşdirilməlidir, ilhaq olunmalıdır" deyərkən keçmiş səfirlər bunun mexanizmini necə görürlər? Bu dövlətin ölkəmizdə 3-4 məscidin həyətini dolduracaq qədər rəğbət qrupları var, onlara arxayındırlar, yoxsa 8 il boyunca İraq müsəlmanları ilə axırda heç-heçə bitən müharibə apardıqları kimi, Azərbaycanla da qanlı savaşa girmək istəyirlər?
Belə görünür ki, bu cür danışan və düşünən iranlılar reallıq hissini tamamilə itiriblər və regional qüvvələr nisbətindən də xəbərsizdirlər. Birincisi, Azərbaycan ordusunun əli armud toplamır, ikincisi, onun arxasında Türkiyə kimi sadiq qardaş, müttəfiqi durur, üçüncüsü, ortada Rusiya amili var. Kreml Azərbaycanın müstəqil dövlət kimi yaşamasına əbədi olaraq dözər, amma vaxtilə məğlub etdiyi imperiyanın əyaləti olmasına təhəmmül etməz.
Hələ bölgədə ciddi hərbi, siyasi və iqtisadi maraqları olan ABŞ və İngiltərədən bəhs etmirik. Ona qalsa, o vaxt Səddam Hüseyn də Küveyti tarixi İraq ərazisi elan edərək ilhaq etmişdi, axırı necə oldu? Ordusunun salamat qalan tanklarını da götürüb səsboğucularını tuta-tuta Küveytdən qaçdılar. Səddamın avantürasının axırı da dar ağacında bitdi.
Ona görə də iranlı diplomatlar ağıllı-kamallı olmalıdırlar və özlərini məscidlərdə cümə xütbəsi oxuyan zaman eyzən siyasət barədə primitiv vəzlər edən axundlara tay etməməlidirlər.
İranı idarə edənlərin erməni sevgisi, bu cırtdan Qafqaz dövlətini öz sadiq müttəfiqləri sayması isə onların öz işləridir. Fəqət unutmasınlar ki, onlar regionda ermənilərə qahmar çıxan, onlara pasibanlıq edən ilk dövlət deyillər, bundan əvvəl Türkiyədə uzun illər erməniləri "sadiqi-millət" adlandırıb, axırda xəyanətlə üzləşiblər, daha sonra o mantiyanı Rusiya geyib, erməniləri "верный союзник" sayıb, son illərdə isə onların qaçıb ABŞ-a, Fransaya qısılmasının şahidi olub. İranlılar da şair-səfir Aleksandr Qriboyedovun ölümünə və Rusiya-İran münasibətlərinin sarsılmasına məhz ermənilərin səbəb olduğunu xatırlasınlar. Bu üzdəndir ki, dünyanın ən nadir "Şah" almazı qanpulu olaraq Rusiyaya verilib və hazırda Moskva Kremlinin almaz fondunda saxlanılır. Halbuki 1450-ci ildən bəri şah saraylarının bəzəyi olan o almazı Nadir şah Əfşar Hindistanı fəth edərkən gətirmişdi.
İndi işə baxın, türk oğlu Nadir şah Əfşarın yurdunda oturan Zöhrəvənd danışır, bizə ərazi iddiası irəli sürür.
İran dövlətinin 1935-ci ildə yarandığını, 1925-ci ilə qədər yüz illər boyunca İranın türk tayfaları (Səfəvilər, Əfşarlar, Qacalar) tərəfindən idarə olunduğunu yaddaşında yaxşı saxlamalı olan diplomatlar gərək yekə səhvlər eləməsinlər.
(Musavat.com)

Hadisə       Tarix: 27 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

Su götürmək istəyərkən kanala yıxıldı, boğulub öldü - TƏFƏRRÜAT

Tərtər rayonunda beton kanala düşərək boğulan 63 yaşlı Ağa Məmmədovla bağlı hadisənin təfərrüatı məlum olub. -ın Teleqraf-a istinadən məlumatına görə, rayonun Cəmilli kənd sakini Ağa Yapon oğlu Məmmədov Soqovuşandan gələ

Tovuzda zəncirvari qəza olub, ölən var

Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən bildirir ki, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan bir neçə avtomobilin toqquşması nəticəsində zəncirvar

Bakı-Quba yolunda yanğın 

Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində yol kənarındakı otluq sahədə baş verən yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində alovun genişlənməsin

"Çevik"in döyüləndən sonra FOTOSU

"Çevik" ləqəbi ilə tanınan tiktoker, Vətən müharibəsi iştirakçısı Məqsəd Bağırov yaşadığı Qəbələ şəhərində hücuma məruz qalıb. xəbər verir ki, hadisə ilə bağlı 1 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Faktl

Qubada ağır qəza: ölən və yaralananlar var 

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 6-da saat 00:20 radələrində Quba-Xaçmaz yolunun rayonun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb

Salyanda zəncirvari qəza: 5 nəfər

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azreport-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisində

Oğlunun itkisindən 19 gün sonra vəfat etdi

Avqustun 16-da qəfil vəfat edən Bərdə rayon təhsil sektorunun müdiri Nicat İsmayılovun ailəsində daha bir ağır itki baş verib. xəbər verir ki, ürək tutmadan dünyasını dəyişən 41 yaşlı məmurun atası da vəfat edib. Bərdə şəhərind

Nigar Fərhaddan yeni xəbər var

"AİD Group" adı ilə xaricdə təhsil xidmətləri göstərən Nigar Fərhad zərərçəkənlərə dəymiş ziyanı ödəməyə başlayıb. KONKRET.azxəbər verir ki, bu barədə -a şikayətçilərdən biri məlumat verib. O bildirib ki, bu gün

Avtomobil körpüdən aşdı - Xəsarət alanlar var

Gədəbəy rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza Gədəbəy-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində, körpüdə qeydə alınıb. Hərəkətdə olan "Mercedes"


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 azerbaycan xabar az xeber.az bu gun valyuta məzənnələri