Şahbaz Şərifdən Azərbaycanla bağlı tapşırıq
Pakistanın Baş naziri Şahbaz Şərif Ticarət Nazirliyinə Azərbaycanla ticarət dövriyyəsinin 2 milyard dollara çatdırılması üçün hərtərəfli plan hazırlamağı tapşırıb.
KONKRET.az report-a istinadla xəbər verir ki, bu qərar Ş.Şərifin Azərbaycana son səfərinin nəticələrinə həsr olunmuş martın 4-də keçirilən hökumət iclasında qəbul edilib.
"Baş nazir Bakıda imzalanmış anlaşma memorandumları və sazişlərin dərhal həyata keçiriləcəyini bildirib. Azərbaycan Prezidentinin Pakistana 2 milyard dollar sərmayə qoymaq niyyəti ilə bağlı bəyanatı fonunda Baş nazir Şahbaz Şərif müavini və xarici işlər naziri İshaq Darın rəhbərliyi altında komitə yaradıb. Komitə enerji və infrastruktur sahələrində sazişlərin hazırlanması ilə məşğul olacaq", – KİV-lər qeyd edib.
KİV-lərin məlumatına görə, Şərif həmçinin ölkənin ticarət nazirliyinə Azərbaycanla ticarət həcminin 2 milyard dollara çatdırılması üçün kompleks plan təqdim etməyi tapşırıb.
Bundan əlavə, Baş nazir gələn ay Azərbaycan Prezidentinin Pakistana gözlənilən səfərinə hazırlıq işlərinin prioritet qaydada başa çatdırılmasını tapşırıb.
Ş.Şərif, həmçinin Azərbaycanda və Pakistanla əhəmiyyətli ticarət potensialı olan digər ölkələrdə ticarət nümayəndələrinin təyin edilməsi barədə göstəriş verib.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Zelenskidən Kremlə TƏKLİF: Siyahını masaya qoyun
Türkiyə generalları Naxçıvanın məşhur kəndinə niyə gedib? – Ankaradan əmr verilib, xüsusi rabitə qurulub – FOTO
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
Rusiya və Azərbaycan mühüm addıma hazırlaşır – Görüşün detalları açıqlandı
Yolu keçmək istəyən piyadanı maşın vurub öldürdü
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu