Şahdağın yaz qoxulu ecazkar MƏNZƏRƏSİ - FOTO
Şahdağın yaz qoxulu ecazkar MƏNZƏRƏSİ - FOTO
Böyük Qafqazın cənub yamaclarında yerləşən və Oğuz rayonunun Baş Daşağıl kəndini əhatə edən Milli Parkın hər səhəri gözəl bir mənzərə ilə açılır.
Bizim.media-nın yerli bürosu xəbər verir ki, Ramazan tətili günlərində yerli və xarici turistlərin bu məkanı ziyarət etməsi üçün hər cür şərait yaradılıb.
Rəsmlərdən və kadrlardan da göründüyü kimi maraqlı iqlim qurşağında yerləşən Milli Parkda insanlar səhər tezdən bir qədər zirvəyə doğru qalxsalar, qarın içərisindən boylanan çiçəklərlə qarşılaşa bilərlər. Digər bir mənzərədə isə şehli, qırov tutan çiçəklər də insanı özünə cəlb edir.
Milli Parkın əməkdaşı Niyazi Kərimov deyib ki, bu məkanda insanlar bir günlərini keçirməklə əsl hüzur tapacaq, ruh dincliyinə qovuşacaqlar:
"Milli Parka daxil olduqları andan turistlər yaşıllığa qərq olur, meşəlik və onların arasında biri digərini əvəz edən balaca talalardakı çəmənliklər göz oxşayır. Quşların nəğməsi ilə müşayiət olunan buradakı müxtəlif gül növləri, hər birinin də öz qoxusu insanı valeh etməyə bilmir. Hələ sizi qarşıda dağ turu və orada çayın, bulağın, şəlalənin həzin şırıltısı da gözləyir".

/ oxu.az

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu
"Trendyol"da "Əfsanə günlər " başlayır