Sahibə Qafarova baş katiblə müzakirələr apardı

Sahibə Qafarova baş katiblə müzakirələr apardı Sahibə Qafarova baş katiblə müzakirələr apardı
Milli Məclisin sədri Sahibə Qafarova Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyevanın təmsil olunduqları nümayəndə heyəti ilə görüşüb. 
Bu barədə Milli Məclisin mətbuat xidmətinin məlumatında bildirilir.
"Türkdilli dövlətlər arasında əməkdaşlığı təşviq etmək məqsədi ilə yaradılmış Türk Şurası qarşıya qoyulan hədəflərə çatmaq istiqamətində məqsədyönlü və uğurlu addımlar atır",-deyə S.Qafarova bildirib.
Bildirilib ki, bu gün ölkələrimizin liderləri arasında nümunəvi dostluq münasibətləri formalaşıb:
"Dövlət başçılarımızın siyasi iradəsi, ortaq köklərimizə sərgilədikləri hörmət və qayğı yüksək təqdirəlayiq olmaqla yanaşı, hər kəs üçün örnək təşkil edir.
Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan ordusu öz zəfəri ilə münaqişənin həllinə dair bir çox beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan hüquqi sənədlərin, o cümlədən, BMT-nin müvafiq qətnamələrinin icrasını həyata keçirdi, ölkəmizin ərazi bütövlüyünü təmin edib. Sahibə Qafarova Vətən müharibəsində Azərbaycana verdiyi dəstəyə görə Türk Şurasının Baş katibinə təşəkkür edib.
Bildirilib ki, bu qurum təkcə türk dövlətlərini bir araya gətirməklə kifayətlənmir, həmçinin digər dövlətlər və regionlar arasında da körpü rolunu oynamağı hədəfləyir.
Qeyd olunub ki, Milli Məclis qanunverici orqan olaraq, bundan sonra da Şura çərçivəsində inteqrasiya proseslərinin daha da dərinləşməsinə dəstək verəcək.
Spiker ötən ilin aprelində Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş Şuranın fövqəladə iclasını xatırlayaraq, qurumun koronavirusa qarşı mübarizə işinə də töhfə verdiyini söyləyib.
Görüşdə səmimi qəbul üçün nümayəndə heyəti adından minnətdarlığını bildirən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə münasibəti ilə Milli Məclisin sədrini və xalqımızı təbrik edib. Bu uğuru bütün Türk dünyasını birləşdirən zəfər kimi dəyərləndirib.
Qonaq ölkəmizə səfər çərçivəsində nümayəndə heyəti üzvlərinin Ağdam və Füzuli bölgələrində erməni işğalçıları tərəfindən törədilmiş vandalizmin şahidi olduqlarını söyləyib. O, işğaldan azad olunmuş ərazilərin bərpasında Türk Şurasının da iştirak etmək niyyətində olduğunu bildirib.
Qonaq təmsil etdiyi təşkilatın bundan sonra da türkdilli xalqlar naminə beynəlxalq müstəvidə fəaliyyətini daha da genişləndirəcəyini deyib. Vurğulanıb ki, bu gün 10-dan çox dövlət Türk Şurası ilə daha yaxından əməkdaşlıq etmək niyyətindədir.
Görüşdə həmçinin Türk dünyasını təmsil edən təşkilatlarla əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb. /oxu.az

Siyasi       Tarix: 19 yanvar 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri


son xeberler azerbaycan xeberleri yeni xeberler oxu.az xeberler son xəbər xeberler bugun 2026 valyuta mezennesi