Sahibə Qafarova Bolqarıstan Milli Assambleyasının sədri ilə görüşüb - FOTO
İyunun 17-də Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselova ilə görüşüb.
azxeber.com xəbər verir ki, görüşdə Nataliya Kiselovanın Azərbaycana bu ilk səfərinin ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inam ifadə olunub.
Milli Məclisin sədri Sahibə Qafarova QDİƏT PA-nın fəaliyyətdə olan sədri kimi sessiya çərçivəsində QDİƏT PA-ya sədrliyin Bolqarıstan parlamentinə təhvil veriləcəyini qeyd edib və bu təşkilatın parlamentlərarası əməkdaşlıq üçün mühüm bir platforma olduğunu bildirib.
Spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycan və Bolqarıstan dost və strateji tərəfdaş ölkələrdir. Ölkələrimiz arasında siyasi əlaqələr, Prezident İlham Əliyevin və Prezident Rumen Radevin qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin inkişafında müstəsna rol oynayır. Qeyd edilib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə intensiv və məhsuldar əməkdaşlıq mövcuddur və enerji sahəsində əməkdaşlıq əsas sahədir.
Söhbət zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi qeyd olunub, humanitar, təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlığın, qarşılıqlı dil və mədəniyyət mərkəzlərinin fəaliyyətindən məmnunluq ifadə olunub.
Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselova Bolqarıstanla Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib və onun səfərinin də bu münasibətlərin göstəricisi olduğunu diqqətə çatdırıb. Qonaq ölkələrimiz arasında əlaqələrin inkişafı baxımdan QDİƏT PA-nın əhəmiyyətli bir platforma olduğunu qeyd edib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı
Şəhid Əli Heydərovun atası vəfat etdi
Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur