Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb - FOTO

Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb - FOTOMilli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın İstanbul şəhərində keçirilən Assambleyası çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.
azxeber.com xəbər verir ki, görüşdə Şalva Papuaşvili Gürcüstan Parlamentinin "Şərəf" medalını Milli Məclisin sədri Sahibə Qafarovaya təqdim edib.
Qeyd olunub ki, Azərbaycan parlamentinin sədri parlamentlərarası əlaqələrin inkişafına, həmçinin, xalqlarımız arasında dostluğun daha da möhkəmlənməsinə verdiyi töhfəyə görə bu ali mükafata layiq görülüb. Vurğulanıb ki, Milli Məclisin sədri Sahibə Qafarova bu medala layiq görülən ilk parlament sədridir.
Söhbət zamanı PAİ Assambleyası kimi beynəlxalq tədbirlərin həm dünya ictimaiyyətini narahat edən məsələlərin və aktual problemlərin müzakirəsi, həm də qanunvericilik orqanları arasında əməkdaşlığın yenidən nəzərdən keçirilməsi baxımından mühüm imkanlar yaratdığı diqqətə çatdırılıb.
Tərəflər münasibətlərin yüksək səviyyədə inkişafında dövlət başçıları arasında mövcud olan əlaqələrin, eləcə də ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd ediblər. Bu çərçivədə Prezident İlham Əliyevin cari ilin aprel ayında Gürcüstana dövlət səfərinin əhəmiyyəti xüsusi qeyd olunub.
Söhbət zamanı parlamentlərarası əməkdaşlığın da yüksək səviyyədə olduğu məmnunluqla vurğulanaraq bildirilib ki, qanunvericilik orqanları həm ikitərəfli əsasda, həm də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir. Vurğulanıb ki, parlamentlərarası əməkdaşlıq Azərbaycan və Gürcüstan arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin mühüm istiqamətlərindən biridir və bu sahədə effektiv qarşılıqlı fəaliyyət mexanizmləri formalaşıb.
Parlament sədrləri və deputatlar arasında qarşılıqlı səfərlərin tərəflər arasına dialoqun daha da dərinləşməsinə müsbət töhfələri qeyd olunub. Sahibə Qafarova özünün mart ayında Gürcüstana səfərini xatırlayıb.
Görüşdə bildirilib ki, dostluq qrupları ilə yanaşı, parlament komitələri arasında da səmərəli əməkdaşlıq təcrübəsi mövcuddur. Eyni zamanda, Azərbaycan və Gürcüstan parlamentarilərinin beynəlxalq platformalarda qarşılıqlı dəstəyi və koordinasiyalı fəaliyyəti xüsusi vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb - FOTOSahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb - FOTOSahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb - FOTOSahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb - FOTO

Siyasi       Tarix: 17 aprel 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən şad xəbər xeber az oxu.az xeberler sonxəbərlər