Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə görüşdü

Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə görüşdüMilli Məclisin sədri Sahibə Qafarova Litvanın xarici işlər naziri Gabrielius Landsbergislə görüşüb.
KONKRET.az-ın xəbərinə görə, Azərbaycan parlament rəhbərini və onun başçılıq etdiyi nümayəndə heyətini səmimiyyətlə salamlayan Gabrielius Landsbergis Azərbaycanla Litva arasında yaxşı əlaqələrin olduğunu deyib.
O, ölkəmizə iki dəfə səfər etdiyini xatırladaraq, bu səfərlərdən məmnunluğunu ifadə edib. Litva XİN rəhbəri ölkəsinin Azərbaycanla uğurlu birgə layihələr həyata keçirdiyini söyləyib. Gabrielius Landsbergis Litvanın həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib.
Göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin onun parlamentin spikeri kimi Litvaya ilk səfəri olduğunu və səfərin Litva Respublikası Seyminin sədri Viktoriya Çmilite Nielsenin dəvəti ilə reallaşdığını diqqətə çatdırıb. O, səfər çərçivəsində keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edərək, ümidvar olduğunu bildirib ki, bu səfər ikitərəfli əlaqələrimizin daha da inkişafına töfhə verəcək və Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək.
Azərbaycan və Litvanın dost ölkələr olduğunu deyən Milli Məclisin sədri bildirib ki, iki ölkə arasında münasibətlər bir çox sahələri əhatə etməklə, xalqlarımızın maraqlarına cavab verir. Spiker bu gün münasibətlərimizin daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. O, bu kontekstdə qanunverici orqanlar arasında əlaqələrin daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Litvanın Avropa İttifaqına üzvlüyünü nəzərə alaraq, Azərbaycan ilə Aİ arasında əlaqələr haqqında məlumat verən Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan Aİ ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Sahibə Qafarova Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin 2021-ci ilin iyulunda Azərbaycana səfərini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqının Brüsseldə keçirilən 6-cı Şərq Tərəfdaşlığı Sammitində iştirakını xatırladıb. Onun sözlərinə görə, Aİ ilə enerji sahəsində əməkdaşlıq da böyük əhəmiyyət kəsb edir. Azərbaycan neftlə yanaşı, həm də Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın etibarlı qaz tədarükçüsünə çevrilib. Bu, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsindən sonra regionda yeni yaranmış reallıqlar barədə də danışan Spiker S.Qafarova deyib ki, artıq münaqişə tarixdə qalıb. Azərbaycan öz imkanları hesabına işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq və bərpa işləri həyata keçirir. Azərbaycan regionda daimi sülh və təhlükəszliyin təmin olunmasını istəyir və Ermənistana bir-birinin suverenliyinin, ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, regionda bütün kommunikasiyaların bərpası və münasibətlərin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması ilə bağlı təkliflər verib. Ermənistan regionda yeni reallığı dərk etməli və sülh və sabitliyin bərqərar olması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirməlidir.
Milli Məclisin sədri ölkəmizin həyata keçirdiyi layihələr və mövcud olan investisya imkanları barədə məlumat verərək deyib ki, Ələt Azad İqtisadi Zonasına, işğaldan azad edilmiş ərazilərimizdə yaradılan Araz Vadisi İqtisadi Zonasına, Ağdam Sənaye Parkına, aqroparklara, informasiya kommunikasiya texnologiyaları və bərpa olunan enerji sahələrinə investisiya qoyuluşu üçün çox gözəl imkanlar mövcuddur. Sahibə Qafarova bildirib ki, Azərbaycan Litva şirkətlərini də ölkəmizdə həyata keçirilən layihələrə investisiya yatırmağa dəvət edir. Spiker Zəngəzur dəhlizinin strateji əhəmiyyətindən də danışaraq qeyd edib ki, bu dəhlizin açılması, nəinki region üçün, o cümlədən Avropa İttifaqına üzv olan ölkələr üçün də yeni imkanlar yaradacaq.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Siyasi       Tarix: 05 fevral 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa


son xeberler azerbaycan xeberleri yeni xeberler axsam az xeberler bugun xeberler valyuta qurban bayrami 2026