Sahibə Qafarova Qazaxıstan Prezidenti ilə görüşdü

Sahibə Qafarova Qazaxıstan Prezidenti ilə görüşdüAzərbaycanda dövlət səfərində olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Milli Məclisə gəlib.
Bu barədə azxeber.com-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, qonağı Milli Məclisin sədri Sahibə Qafarova qarşılayıb.
Qazaxıstan Prezidenti Milli Məclisin iclas zalı ilə tanış olub.
Daha sonra keçirilmiş görüş zamanı Milli Məclisin sədri ali qonağı Azərbaycan Milli Məclisində salamlamaqdan məmnunluğunu bildirib. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan səfərinin, Prezident İlham Əliyevlə keçirilən görüşlərin və aparılan danışıqların ölkəmizdə böyük diqqətlə izlənildiyini deyən spiker Sahibə Qafarova vurğulayıb ki, bu səfər xalqlarımız arasında dostluq və qardaşlığın növbəti təzahürüdür və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə öz töhfəsini verəcək.
Görüşdə qeyd olunub ki, Azərbaycan və qazax xalqları ümumi mədəni, mənəvi bağlarla bir-birinə bağlıdır. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra hər gün genişlənən, artıq strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksələn əlaqələrimiz də məhz bu möhkəm təməl üzərində qurulub.
Parlamentlərimiz arasında əlaqələr haqqında məlumat verən Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərimizin qarşılıqlı fəaliyyətidir.
Beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətinin əhəmiyyətinin də vurğulandığı görüşdə hazırda dünyada bir sıra neqativ proseslərin də müşahidə olunduğunu deyən spiker Sahibə Qafarova qeyd edib ki, ikili standartlar, islamofobiya kimi meyllər narahatlıq doğurur. Belə bir şəraitdə ikitərəfli əməkdaşlıq əlaqələrimiz daha böyük əhəmiyyət kəsb edir.
Spiker xüsusilə TÜRKPA çərçivəsində əməkdaşlığın əhəmiyyətindən danışıb. Milli Məclisin sədri xatırladıb ki, Prezident İlham Əliyev parlamentdəki andiçmə mərasimindəki çıxışında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı prioritet kimi müəyyənləşdirib. Azərbaycanın dövlət başçısı xüsusilə qeyd edib ki, bizim ailəmiz türk dünyasıdır və biz birlikdə çalışmalıyıq ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada mühüm aktora və güc mərkəzinə çevrilsin. Sahibə Qafarova vurğulayıb ki, parlamentarilər də TÜRKPA-nı daha da gücləndirmək üçün birgə səyləri davam etdirməlidir. TÜRKPA çərçivəsində fəaliyyət xalqlarımızı daha da yaxınlaşdırır, ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsi və möhkəmlənməsi üçün böyük imkanlar yaradır.
Azərbaycana səfərindən və Milli Məclisdə olmaqdan məmnunluğunu bildirən Qazaxıstan Prezidenti, Senat sədri vəzifəsində Azərbaycanın Milli Məclisində 3 dəfə olduğunu xatırladıb. Prezident Kasım-Jomart Tokayev bunun da Azərbaycan parlamentinə və xalqına hörmətinin bir nümunəsi olduğunu qeyd edib.
O, prezident seçkilərində əldə etdiyi parlaq qələbə münasibətilə Azərbaycan Prezidentini təbrik etdiyini bildirib. Həmçinin, COP29-un ölkəmizdə keçirilməsi münasibətilə də təbriklərini çatdırıb.
Qazaxıstan və Azərbaycanın strateji tərəfdaş və müttəfiq ölkələr olduğunu deyən Prezident Kasım-Jomart Tokayev vurğulayıb ki, bu da bizim üzərimizə xüsusi öhdəliklər qoyur.
Azərbaycanın regionda artan rolunu vurğulayan Prezident Tokayev ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. O, xatırladıb ki, Prezident İlham Əliyevlə danışıqlarının əsas mövzuları da neft-qaz, logistika, rəqəmsal texnologiyalar, sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri olub.
Söhbət zamanı Prezident Tokayev Qazaxıstanın iqtisadiyyat, sənaye, rəqəmsallaşma, kənd təsərrüfatı və digər sahələrdə qazandığı uğurları və perspektiv planları barədə məlumat verib. Ölkələrimizin nəqliyyat-logistika, Orta Dəhliz və digər layihələr çərçivəsində əməkdaşlığından məmnunluqla danışan Qazaxıstanın dövlət başçısı humanitar sahədə də münasibətlərin inkişafının əhəmiyyətini qeyd edib. Bu baxımdan Prezident Tokayev Azərbaycanda keçirilmiş Qazax mədəniyyəti günlərinin xalqlarımızı daha da yaxınlaşdırdığına əminliyini ifadə edib. O, Bakıda Qazaxıstan mədəniyyət günlərinin keçirilməsinə göstərilən dəstəyə görə, Azərbaycan hökumətinə təşəkkürünü ifadə edib və Qazaxıstanda da Azərbaycan mədəniyyət günlərinin keçirilməsi məsələsinin gündəmdə olduğunu bildirib.
Dövlətlərarası münasibətlərin inkişafında parlament diplomatiyasının rolunu yüksək qiymətləndirən Qazaxıstanın dövlət başçısı beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində konstruktiv əməkdaşlığın əhəmiyyətindən danışıb. Qazaxıstan Prezidenti ölkələrimiz arasında bu sahədə mövcud olan əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, parlamentləarası əlaqələr ölkələrimiz arasında münasibətlərin mühüm bir istiqamətini təşkil edir. Kasım-Jomart Tokayev bir sıra parlament təşkilatlarında qarşılıqlı əməkdaşlığın önəmini vurğulayıb.
Parlament diplomatiyasına verdiyi yüksək dəyərə görə, ali qonağa təşəkkürünü bildirən Sahibə Qafarova deyib ki, parlament diplomatiyası əlaqələrimizin genişlənməsində mühüm rol oynayır.
O, məmnunluqla qeyd edib ki, bu gün qanunverici orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub. Azərbaycan Milli Məclisi ilə həm Qazaxıstan Parlament Məclisi, həm də Senatı arasında yaxşı əlaqələr və sıx təmaslar mövcuddur. Bildirilib ki, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları var və deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında mütəmadi görüşlərin keçirilməsi ikitərəfli əlaqələrin inkişafına töhfə verir.
Vurğulanıb ki, parlamentlərimiz arasında əlaqələri daha da dərinləşdirmək üçün çoxlu imkanlar var. Parlament komitələri arasında aktiv qarşılıqlı fəaliyyət mühüm istiqamətlərdən biri hesab olunur.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Siyasi       Tarix: 13 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbu

Türkiyə generalları Naxçıvanın məşhur kəndinə niyə gedib? – Ankaradan əmr verilib, xüsusi rabitə qurulub – FOTO

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq davam edir. Onun Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə birgə fotosu sosial şəbəkələrin Azərbaycan və Türkiyə seqmentind

İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

İsrail Səfirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. İsrailin Azərbaycandakı səfirliyi bu barədə X-da paylaşım edib. "Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davaml

Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir

"Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir. Əgər o, Kərki olmasaydı, mən onu belə adlandırmazdım". KONKRET.azxəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, məsələnin hüquqi tərəfinə toxunara

Ərdoğan sabah ABŞ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-yə səfər edəcək. xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Qeyd olunub ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasını

"Azərbaycan Ordusu BMT-nin yerinə yetirilmədiyi qətnamələri icra etdi"- Politoloq

"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir". Bunu politoloq Elçin Xalidbəyli -a açıqlamasınd

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın. xəbər verir ki

Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan "Tramp marşrutu"nun iki giriş və iki çıxışının Azərbaycanda olacağını bildirib. O, TRIPP-ın Azərbaycan sərhədindən başlayıb Azərbaycanın sərhədində bitəcəyini söyləyib. "Saziş

Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO

Məhv olmuş keçmiş separatçı rejimin bir sıra "nümayəndələri" bu gün İrəvandakı "Yerablur" hərbi panteonunda peyda olublar. xəbər verir ki, onların arasında separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanya


yeni xeberler son xeberler azerbaycan xeberleri havanın temperaturu ən son xəbərlər hava proqnozu son xeber.az