Sahibə Qafarova: "Şuşanı, Ağdamı, Laçını, Kəlbəcəri tamamilə bərpa edəcəyik

Sahibə Qafarova: "Şuşanı, Ağdamı, Laçını, Kəlbəcəri tamamilə bərpa edəcəyikSahibə Qafarova: "Şuşanı, Ağdamı, Laçını, Kəlbəcəri tamamilə bərpa edəcəyik"
"Əminəm ki, biz tezliklə, Şuşanı, Ağdamı, Laçını, Kəlbəcəri, işğalçılar tərəfindən dağıdılmış digər şəhərlərimizi, yaşayış yerlərimizi yenidən qurub yaradacağıq, tamamilə bərpa edəcəyik!"
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı spiker Sahibə Qafarova qeyd edib.
Spiker bildirib ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidentinin, Ermənistan Respublikasının baş nazirinin və Rusiya Federasiyasının Prezidentinin imzaladığı birgə Bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyub. Milli Məclisin sədri vurğulayıb ki, hazırda bu bəyanatın şərtləri yerinə yetirilməkdədir və bu gün bəyanata uyğun olaraq, Azərbaycan ordusunun bölmələri Ağdam rayonuna daxil olublar. Sahibə Qafarova bu münasibətlə təbriklərini ifadə edib.
Spiker deyib ki, noyabrın 10-da imzalanan bəyanat bütün regional ölkələr və bir çox dövlətlər tərəfindən dəstəklənib və alqışlanıb. Lakin çox təəssüflər olsun ki, bu bəyanatdan narahat olan qüvvələr də var və onlar prosesin müsbət məcrada davam etməsinə maneçilik törətmək istəyirlər. Bu qüvvələr sırasında Fransanın bəzi siyasi dairələri də var və bu münaqişəyə münasibətdə onların ortaya qoyduğu mövqe heç də qəbuledilən deyil.
Fransa rəhbərliyinin qeyri-obyektiv mövqe sərgilədiyini söyləyən sədr Sahibə Qafarova qeyd edib ki, bu ölkədəki siyasi dairələr ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində öz torpaqlarını işğaldan azad etməsinə münasibətdə düşünürəm ki, qərəzli yanaşma ortaya qoyub:
"Bir müddət öncə isə Fransa Senatında təmsil olunan beş ən böyük siyasi fraksiyanın liderləri tərəfindən Senatda Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni rejimin tanınması məqsədilə qətnamə layihəsi irəli sürülüb. Bundan öncə cari ilin oktyabr ayında Fransa Parlamentinin aşağı Palatasında bənzər qətnamə irəli sürülüb. Hətta bəzi fransız parlamentarilər hərbi əməliyyatların aktiv mərhələsində qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib, cinayətkar xunta rejimi ilə həmrəylik nümayiş etdirib".
Spiker sadalanan faktlara istinad edərək bildirib ki, Fransanın siyasi rəhbərliyi ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik prinsiplərini pozaraq açıq şəkildə qərəzli mövqe ortaya qoyub. Belə anlaşılır ki, bu ölkənin bəzi siyasi dairələri tərəfindən atılan addımlar və hərəkətlər Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlib:
"Hesab edirəm ki, bu addımlar Fransanın beynəlxalq hüquq, BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktına uyğun müəyyən edilmiş öhdəlikləri ilə də ziddiyyət təşkil edir və Fransanın neytrallığına, ATƏT-in Minsk qrupunun üzvü kimi münaqişənin həllinə vasitəçilik mandatına kölgə salır".
Sədrin sözlərinə görə, vasitəçi mandatı beynəlxalq hüquqla müəyyənləşdirilmiş prinsiplərə söykənməli, məsuliyyətli və etibarlı davranışlarla müşayiət olunmalıdır. Vasitəçilər ölkələrin suverenliyinə hörmətlə yanaşmalı, qərəzsiz, obyektiv və ədalətli olmalıdırlar. Bu məsələlər beynəlxalq hüquqi sənədlərdə də aydın şəkildə əks olunub.
"Hesab edirəm ki, Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri bu məsələyə diqqət yetirməlidirlər", - deyə Sahibə Qafarova bildirib.
Daha sonra Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə ilk dəfə olaraq parlamentin iclas zalında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti yayımlanıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti Milli Məclisin iclasında canlı yayımlanıb. /oxu.az

Siyasi       Tarix: 20 noyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gunun xeberleri haqqinda melumat cəbhədən şad xəbər cəbhədən yeni xəbərlər xəbər