Sahibə Qafarova Türkiyə Respublikasının ticarət naziri ilə görüşüb - FOTO

Sahibə Qafarova Türkiyə Respublikasının ticarət naziri ilə görüşüb - FOTOSahibə Qafarova Türkiyə Respublikasının ticarət naziri ilə görüşüb - FOTO
Aprelin 2-də Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Respublikasının Ticarət Naziri xanım Ruhsar Pekcanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, spiker qonaqları səmimi salamlayaraq, bu səfərin iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Görüşdə Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanla Türkiyə arasındakı əməkdaşlığın dünya siyasi münasibətlər  sistemində alternativi yoxdur. Möhkəm təməl üzərində qurulmuş bu münasibətlər xalqlarımız arasında mövcud olan əsl qardaşlıq ruhuna söykənir. Azərbaycanla Türkiyə arasında imzalanmış sənədlər əməkdaşlığımızın möhkəm hüquqi bazasını təşkil edir. 
Parlamentin sədri Azərbaycanın apardığı 44 günlük müharibə dövründə Türkiyənin qardaş ölkə olaraq Azərbaycanın yanında yer almasını, ölkəmizə siyasi və mənəvi dəstək göstərməsini xüsusi qeyd edib. Bildirilib ki, biz qardaş Türkiyənin bu dəstəyini yüksək qiymətləndiririk.
Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiyanı təmsil edən millət vəkillərinin Azərbaycanın haqq işinə açıq dəstək verməsi ölkə ictimaiyyəti tərəfindən məmnunluqla qarşılanıb. Vətən müharibəsi dönəmində Türkiyə parlamentinin müxtəlif səviyyəli nümayəndə heyətlərinin Azərbaycana səfərləri və erməni təcavüzünə məruz qalmış bölgələrdə vəziyyətlə yerində tanış olmaları Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, "bir millət iki dövlət" ifadəsinin real həyatda təcəssümüdür. 
Görüşdə bildirilib ki, iqtisadi sahədə də münasibətlərimiz yüksələn xətlə inkişaf etməkdədir. İki ölkə arasında ticarət dövriyyəsinin  həcmi və qarşıya qoyulan hədəflər bu fikri söyləməyə əsas verir. Azərbaycanla Türkiyənin reallaşdırdığı neft, qaz və nəqliyyat layihələri ölkələrimizin bölgədəki rolunu daha da artırır. 
Milli Məclisin Sədri Sahibə Qafarova hər iki ölkənin parlamentində geniş tərkibli dostluq qruplarının fəaliyyət göstərməsinin əməkdaşlığımızın ümumi ruhuna uyğun olduğunu söyləyib. Qeyd edilib ki, deputatlarımızın müxtəlif platformalarda mütəmadi görüşləri tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox önəmlidir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Respublikasının ticarət naziri xanım Ruhsar Pekcan ölkəmizə səfərindən və burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını söyləyib. 
Qonaq böyük nümayəndə heyəti ilə ölkəmizdə səfərdə olduğunu,  başçılıq etdiyi sahə üzrə əlaqələrin daha da dərinləşdirilməsi üçün müvafiq danışıqlar aparıldığını deyib. Bildirilib ki, türk xalqı Azərbaycanın Vətən müharibəsində qazandığı zəfəri böyük coşqu ilə qarşılayıb. 
Qeyd edilib ki, Türkiyə şirkətləri işğaldan azad olunmuş ərazilərdə bərpa işlərində yaxından iştirak etmək, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə investisiyalar yatırmaq niyyətindədirlər. Türkiyə strateji müttəfiq kimi hər zaman Azərbaycanın yanındadır və bundan sonra da qardaş Azərbaycan xalqına öz dəstəyini əsirgəməyəcək. 
Görüşdə çıxış edən Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Tahir Mirkişili münasibətlərimizin bu günü və gələcək inkişaf perspektivləri barədə öz fikirlərini bildiriblər. 
Qəbulda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin deputatı Mahir Abbaszadə, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və digər rəsmi şəxslər iştirak ediblər. 
Sahibə Qafarova Türkiyə Respublikasının ticarət naziri ilə görüşüb - FOTOSahibə Qafarova Türkiyə Respublikasının ticarət naziri ilə görüşüb - FOTOSahibə Qafarova Türkiyə Respublikasının ticarət naziri ilə görüşüb - FOTOSahibə Qafarova Türkiyə Respublikasının ticarət naziri ilə görüşüb - FOTO

Siyasi       Tarix: 02 aprel 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bugun 2026 muharibe cəbhədən ən son xəbərlər futbol xeberleri iqtisadiyyat xeberleri bugun