Sahibə Qafarovadan Fransa Senatının sədrinin Ermənistanda verdiyi qərəzli açıqlamalara REAKSİYA
Sahibə Qafarovadan Fransa Senatının sədrinin Ermənistanda verdiyi qərəzli açıqlamalara REAKSİYA
Milli Məclisinin Sədri Sahibə Qafarova Fransa Senatının sədri Jerar Larşenin bu günlərdə Ermənistanda verdiyi qərəzli və birtərəfli açıqlamalarına kəskin reaksiya verib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, Sahibə Qafarova bildirib ki, fransalı spiker tərəfindən səsləndirilən bəyanatlar onun ölkəsinin Minsk qrupu həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə qətiyyən uzlaşmır:
"Senatın sədri öz açıqlamalarında bir tərəfdən Minsk qrupunun fəaliyyətinin yenidən canlandırılmasına, onun işinə yeni impuls verilməsinə çağırış edir, digər tərəfdən isə açıq ermənipərəst və anti-Azərbaycan, anti-Türkiyə mövqe nümayiş etdirir. Senat sədrinin Yerevanda təşkil edilmiş bir sərgidə gördüklərindən yola çıxaraq, Türkiyədə və "artsax"da "erməni mədəniyyətinin izləri"nin silinməsindən bəhs etməsi, sadə dillə desək, siyasi ciddiyyətdən uzaqdır".
Sahibə Qafarova xüsusilə vurğulayıb ki, əgər Fransa Senatının sədri həqiqətən tərəfsiz və ədalətli olmaq niyyəti güdmüş olsa idi, səfərini təkcə Ermənistana deyil, regiona edər, Azərbaycana da rəsmi səfərə gələrdi, işğaldan yenicə azad olunmuş ərazilərimizdə 30 il ərzində Ermənistan tərəfindən törədilmiş vandalizm və barbarlığı, bu gün "Qafqazın Xiroşiması" adlandırılan Ağdam şəhərini öz gözləri ilə görmüş olardı: "Belə bir səfər Senat sədrinə həm də ölkəmizdə digər xalqların dininə, mədəniyyətinə, tarixinə göstərilən hörmətin şahidi olmaq imkanı verərdi. Hər şeydən əvvəl, elə məhz erməni xalqının dininə və mədəniyyətinə göstərilən hörməti, Bakının mərkəzində hələ də mövcud olan erməni kilsəsini görərdi.
Bu isə ona 30 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərində olan dini və mədəni abidələrin yerlə yeksan edilməsi, məscidlərimizdə inək və donuz saxlanılması ilə müqayisələr aparmaq imkanı verərdi. Lakin təəssüf edirəm ki, fransalı həmkarım belə bir addım atmaq yerinə, qərəzli və birtərəfli mövqe tutmağa üstünlük vermişdir".
Spiker həmçinin Azərbaycan tərəfindən saxlanıldığı iddia olunan erməni əsilli hərbi əsirlər məsələsinə dair Senat sədrinin fikirlərini də şərh edib: "Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, 10 noyabr Bəyanatından sonra Azərbaycan ərazisinə göndərilmiş diversant qrupunun üzvləri hərbi əsir deyil və bu cür dəyərləndirilə bilməz. Bu, ancaq bizim dediyimiz bir şey deyildir, beynəlxalq hüquq da sözügedən məsələni məhz bu cür tövsif edir. Buna görə də, Fransa Senatının sədri tərəfindən bu konteksdə Azərbaycana qarşı səsləndirilən ittihamları qəbul etmir, əvəzində cənab Larşenin bu gün də mülki əhalinin və hərbiçilərin həyatlarına son qoyan, sağlamlıqlarını itirməsinə səbəb olan minalanmış ərazilər məsələsinə diqqət yetirməyə çağırırıq. Yaxşı olardı ki, Senat sədri Fransanın Minsk qrupu həmsədri olması prizmasından çıxış edərək, Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməyə məcbur edə idi. Bununla da dünya birliyinin Ermənistana bu istiqamətdə verdiyi çağırışlara dəstək vermiş olardı".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar