Sahibkar qadınlar bir araya gəlir – İki təşkilat arasında memorandum imzalandı

Sahibkar qadınlar bir araya gəlir – İki təşkilat arasında memorandum imzalandıAprelin 7-də Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin Mərkəzi Qərargahında Azərbaycan Qadın Sahibkarlarının Assosiasiyası ilə qarşılqılı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bununla bağlı təşkil olunan tədbir Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan  Respublikasının Dövlət Himni ilə açıq elan olunub.
Mərasimdə giriş nitqi söyləyən Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədr müavini, Təhsil Müəssisələrinin Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının İdarə Heyətinin üzvü, təhsil meneceri Afaq Əliyeva  bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar ölkə vətəndaşlarının qarşısında geniş imkanlar açır və hər bir Azərbaycan vətəndaşı bu inkişafın nəticələrini öz gündəlik həyatında hiss edir. A.Əliyeva sahibkarlığın inkişafı istiqamətində fəaliyyət göstərən ictimai birliklərin səylərinin gücləndirilməsinin vacibliyindən bəhs edib. Əlavə edib ki, Azərbaycan Sahibkar Qadınlar  İctimai Birliyi ilə Azərbaycan Qadın Sahibkarlarının Assosiasiyası arasında Anlaşma Memorandumunun imzalanması da məhz bu məqsədə xidmət edir.
Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin təsisçisi və sədri, Tərəqqi medalı, III Dərəcəli Əmək ordeni laureatı, tanınmış sahibkar, "Qızıl əllər" şirkətinin təsisçisi Zenfira Ağayeva çıxışında vurğulayıb ki, sahibkarlığın inkişafı və tərəqqisi müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edib ki, bu siyasət bu gün də onun varisi, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra Azərbaycan Qadın Sahibkarlarının Assosiasiyasının təsisçisi və sədri, "Meridian" Humanitar İctimai Birliyin sədri və təsisçisi, "Uğur" tikinti şirkətinin prezidenti, "Baby Hall" körpələr evi – uşaq bağçasının sahibi və rəhbəri, "Beauty Hall" sağlamlıq və gözəllik mərkəzinin sahibi Vəfa Əfəndiyeva söyləyib ki, ölkə prezidentinin apardığı siyasət iş adamlarının qarşısında geniş üfüqlar yaradır. O deyib ki, sahibkarlar və şirkətlər arasında əməkdaşlığın artırılması labüddür.
Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni bildirib ki, sahibkarların yetişdirilməsi istiqamətində yeni texnologiyaların və innovativ proqramların tətbiqi, qarşılıqlı təcrübə mübadiləsi istiqamətində təcrübə mübadiləsi təşkil edilməlidir. "Azcosmetics Qrup" şirkətinin təsisçi və direktoru Ulduz Xanlarova, Azərbaycan Qadın Sahibkarlarının Assosiasiyasının sədr müavini, "Top tours"  turizm  şirkətinin təsisçisi və direktoru,  "Hlorella Newbio Baku" şirkətin  rəsmi nümayəndəsi, "Zenith Group" şirkətinin satış  direktoru,  "Chokolama"  markalı  şokolad  məhsullarının istehsalçısı İlhamə Şirinova hər iki təşkilat arasında elmi-praktik əməkdaşlıq, innovasiyaların tətbiqi, kadr hazırlığı, məlumat mübadiləsinin aparılması, mütəxəssis və peşəkarların cəlb olunması, tədbir, konfrans, seminar və görüşlərin keçirilməsinin əhəmiyyətini  qeyd ediblər.
"CVM  Jewellery" "Vəsfi   Xarə" şirkətlərinin təsisçi  və direktoru, "Umay" Türk  dünyası  qadınlarına  dəstək  İctimai Birliyinin sədri Vəsilə Abulova söyləyib ki, iki tərəf arasında yeni layihələrin işlənməsi sahəsində hüquq bazasının təkmilləşdirilməlidir.
"Milli Dəyərlər üzrə Maarifləndirmə" İctimai Birliyinin təsisçisi və sədri, "Atilla" jurnalının baş redaktoru Gülşən Behbud isə iki birlik arasında etibarlı tərəfdaşlığın vacib olduğunu diqqətə çatdırıb.
Yekunda Azərbaycan Sahibkar Qadınlar  İctimai Birliyinin baş ofisində Azərbaycan Qadın Sahibkarlarının Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Sahibkar qadınlar bir araya gəlir – İki təşkilat arasında memorandum imzalandıSahibkar qadınlar bir araya gəlir – İki təşkilat arasında memorandum imzalandıSahibkar qadınlar bir araya gəlir – İki təşkilat arasında memorandum imzalandıSahibkar qadınlar bir araya gəlir – İki təşkilat arasında memorandum imzalandıSahibkar qadınlar bir araya gəlir – İki təşkilat arasında memorandum imzalandıSahibkar qadınlar bir araya gəlir – İki təşkilat arasında memorandum imzalandı/ azxeber.com

Sosial       Tarix: 10 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən şad xəbər cəbhədən son məlumat xeber.az bu gun valyuta mezennesi