Sahibkarlar üçün yeni güzəşt təklif edildi – Nələr dəyişəcək?
Milli Məclisin plenar iclasında çıxış edən deputat Zahid Oruc kənd təsərrüfatı, sənaye parkları, texnologiya və digər strateji sahələrə tətbiq olunan vergi güzəştlərinin ölkədə iqtisadi inkişafı stimullaşdırdığını bildirib.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, parlamentari gələcək illərdə parlamentə təqdim olunan büdcə zərfinə mövcud vergi güzəştlərinin real iqtisadi səmərəliliyini əks etdirən ayrıca analitik sənədin də daxil edilməsini təklif edib.
Deputat qeyd edib ki, son 10 ildə dövlətin vergi güzəştləri şəklində sahibkarların sərəncamında saxladığı maliyyə vəsaitləri hesabına ölkə iqtisadiyyatında nə qədər əlavə dəyərin yaradıldığı, neçə daimi iş yerinin açıldığı və digər makroiqtisadi nəticələr parlamentə təqdim olunan hesabatda aydın şəkildə öz əksini tapmalıdır.
Qlobal iqtisadi qeyri-müəyyənlik şəraitində xarici təsirlərdən asılılığın azaldılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayan Z.Oruc dərman preparatları, tibbi avadanlıqlar və kənd təsərrüfatı texnikası da daxil olmaqla bir sıra istiqamətlərdə mühüm vergi güzəştlərinin tətbiq olunduğunu xatırladıb.
Parlamentari əlavə dəyər vergisinin standart dərəcəsinin 18 faiz olduğunu nəzərə alaraq, yerli istehsal prosesi üçün zəruri olan avadanlıq və xammalın idxalı zamanı vergi ödənişlərinin təxirə salınması imkanlarının daha da genişləndirilməsini təklif edib.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək