Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək

Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək15 noyabr 2026-cı il tarixində Hilton Baku otelində GLC International Education Fair – Beynəlxalq Təhsil Sərgisi keçiriləcək.
GLC Global Learning Centre tərəfindən təşkil olunan beynəlxalq sərgidə dünyanın 16 ölkəsindən 50-dən çox universitet, ali təhsil müəssisəsi, beynəlxalq təşkilat və təhsil sektorunun nümayəndələri iştirak edəcək.
Sərginin əsas məqsədi Azərbaycan gənclərinə beynəlxalq təhsil imkanlarını təqdim etmək, xarici universitetlərlə yerli tələbələr arasında birbaşa əlaqələr yaratmaq və ölkələrarası təhsil əməkdaşlığını inkişaf etdirməkdir.
Tədbir çərçivəsində iştirakçılar Türkiyə, ABŞ, Almaniya, Polşa, Litva, Macarıstan, Çin, Belarus, Qazaxıstan, Özbəkistan, Ukrayna, Rusiya, Malayziya, Misir və digər ölkələrin universitet və təhsil qurumlarının nümayəndələri ilə görüşmək imkanı əldə edəcəklər.
Sərgi ziyarətçiləri bakalavr, magistratura və doktorantura proqramları, beynəlxalq qəbul şərtləri, təhsil haqları, təqaüd imkanları, tələb olunan sənədlər və müxtəlif ölkələrdə təhsil imkanları haqqında ətraflı məlumat əldə edə biləcəklər.
Tədbirin təşkilatçısı GLC Global Learning Centre-in direktoru Pərviz İsmayıllı bildirib:
"Bizim məqsədimiz sadəcə universitetləri bir məkanda toplamaq deyil. Əsas məqsədimiz Azərbaycan gənclərinin dünyanın nüfuzlu universitetləri ilə birbaşa əlaqə qurmasına şərait yaratmaq, onların beynəlxalq təhsil imkanlarına çıxışını asanlaşdırmaqdır.
 Uzun illərdir beynəlxalq təhsil sərgiləri təşkil edirik. Bu gün 16 ölkədən 50-dən çox universitet və təhsil qurumunun Azərbaycanda bir araya gəlməsi gördüyümüz işin və qurduğumuz beynəlxalq əlaqələrin nəticəsidir.
İnanırıq ki, bu cür platformalar həm gənclərimiz, həm də Azərbaycan təhsil sektorunun beynəlxalq əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır".
GLC International Education Fair yalnız xaricdə təhsil almaq istəyən gənclər üçün deyil, həm də təhsil şirkətləri, məktəblər, təhsil nümayəndələri və beynəlxalq əməkdaşlıqda maraqlı olan qurumlar üçün əhəmiyyətli görüş platformasıdır.
Tədbir haqqında:
Tarix: 15 noyabr 2026-cı il
Məkan: Hilton Baku
İştirak: 16 ölkədən 50-dən çox universitet və təhsil qurumu
Təşkilatçı: GLC Global Learning Centre
Rəsmi sayt: glc.edu.az www.glcfair.com
GLC International Education Fair – Təhsilli gələcəyə doğru! / azxeber.com

Sosial       Tarix: 15 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək

15 noyabr 2026-cı il tarixində Hilton Baku otelində GLC International Education Fair – Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. GLC Global Learning Centre tərəfindən təşkil olunan beynəlxalq sərgidə dünyanın 16 ölkəsindən 50-də

Bu rayonlarda kommunal ödənişlər azaldıla bilər

"Dağlıq rayonlarda yaşayışa təsir edən ən mühüm məsələ kommunal tariflərdir. Bakı və Abşerondakı hava şəraiti Gədəbəyin, Daşkəsənin, Lerikin, Şahbuzun, Qusarın yüksək dağ kəndlərindəki iqlimdən fərqlidir. Elə yaşayı

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama

Payız-qış mövsümünə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin istiliklə təminatı nəzarətə götürülüb. xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb. Məktəb və uşa

Bu dövlət müəssisələri ləğv oluna bilər - Hesablama Palatasından milyardlıq xəbərdarlıq

Azərbaycanda Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə artıq vergi ödənişlərinin məbləği artıb. xəbər verir ki, bu məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanu

Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,7% artaraq 3 912.4 ABŞ dollarına bərabər olub. birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,2% artara

Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası – 1,5C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim edilib. -un xəbərinə görə, bu barəd

Nigar Kərimova direktor təyin olundu

Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Qeyd edilib ki, digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərin

Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu

Bakı-Astara magistral yolunda avtomobil piyadanı vurub. Hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik maşını 1990-cı il təvəllüdlü Aynur Zəbiyevanı vurub. Zərərçəkən ağı

Nyu-York qışa hazırlaşır: 500 milyon funt duz, 2200 qar təmizləyən maşın və 25 milyon dollarlıq yardım

ABŞ-ın Nyu-York şəhəri 2026–2027-ci illərin qış mövsümünə genişmiqyaslı hazırlıq görür. . xəbər verir ki, noyabrın 9-da şəhərin meri Zohran Mamdani qış aylarında qarla mübarizə, sakinlərin təhlükəsizliyinin təmin edilməs


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xəbərlər maraqlı xəbərlər en sonxeber valyuta mezennesi 2026