Sahibkarlar Unibanka təşəkkür edirlər

Sahibkarlar Unibanka təşəkkür edirlərEtibarlı maliyyə tərəfdaşı biznes sahibinin ən yaxın dostudur.
azxeber.com xəbər verir ki, 30 illik yubileyini qeyd edən Unibank, bu illər ərzində onminlərlə sahibkarın etibarlı maliyyə tərəfdaşı, bizneslərinin inkişafında ən yaxın dəstəkçisi olub. Hazırda Bankın biznes müştəriləri siyahısında yüzlərlə sahibkar var ki, onlar ilk bizneslərini "Unibank"ın maliyyə dəstəyi ilə qurublar və uzun illərdir bu dəstək davam edir. Biznes sahiblərinin bu uzun müddətdə bankla əməkdaşlıqda loyal, etibarlı münasibətlərinin səbəbi nədir? Sahibkarlar uzunmüddətli maliyyə tərəfdaşı olaraq niyə "Unibank"ı seçirlər? Bu sualları biznes sahibləri cavablandırıb.
27 ildən artıq müddətdə "Unibank"ın müştərisi olan sahibkar Əlibala müəllim hesab edir ki, müştərini bankda saxlayan əsas amil hörmət, səmimi münasibət və qarşılıqlı etibardır: "Unibank bu gün həm bazarın ən yenilikçi banklarından biridir, həm də dəyərlərinə sadiqdir. 27 il əvvəl mən ilk dəfə banka kredit üçün müraciət etmişəm, bu gün isə "Unibank"dan sahibkara lazım olan bütün xidmətləri ala bilirəm. Banka getmədən bu qədər xidmət, məhsul ala bilmək iş adamına çox vaxt qazandırır. "Unibank"la aramızda hər zaman qarşılıqlı etibar olub və burda ən xoşuma gələn, müştəriyə dost kimi baxılmasıdır. Bu illər ərzində bankla aramızda yaranan münasibət işgüzar əməkdaşlıqdan çox etibarlı dost münasibətidir. Bankın dəstəyi sayəsində biz də ölkəmizin iqtisadiyyatına öz faydamızı veririk".  
Sahibkar Faiq müəllim 1998-ci ildən bankın müştərisidir. "Unibank"ın ən bəyəndiyi tərəfi hər zaman yeniliklərə açıq olmasıdır: "Unibank bu gün bazarın ən innovativ banklarından biridir. Bizim şirkət hesabımız da burdadır. "Unibank müştəri ilə daim ünsiyyətdə olur, kolektivi səmimidir, hər zaman müştərini dinləyir, anlayır və dəstək olurlar. Ona görə də bu işgüzar münasibətlər zamanla dostluğa çevrilir. Bu gün mən lazım olan bütün xidmətləri banka getmədən, elə işimin başında bankımdan ala bilirəm. Demək olar ki, əksər xidmətlərdən onlayn formada istifadə edə bilirəm".
Sahibkar Mürvət müəllim 12 ildən çoxdur "Unibank"ın müştərisidir: "Unibank dayanıqlı maliyyə dəstəyi ilə Azərbaycanda aqrar sektorun, sənayenin inkişafna hər zaman xüsusi dəstəyini göstərib. Biz sahibkarlar olaraq bu dəstəyi hər zaman müşahidə etmişik. Bu 12 il ərzində mən banka nə vaxt müaraciət etmişəm, anında biznesimə dəstək göstərilib. Söhbət tək kredit müraciətindən getmir. Bank xidmətlərindən onlayn formada istifadə etmək, operativ xidmət, sərfəli əmək haqqı layihəsi bankın müştərisi olan sahibkarların işini xeyli asanlaşdırır. Bankın əməkdaşları hər zaman xoş münasibət, məsuliyyətli davranış və yüksək peşakarlıq göstərib. "Unibank"da müştəriyönümlülük, dostyana münasibət məni həmişə razı salıb. Arzu edirəm ki, Unibank ölkə bank sektorunda hər zaman layiqli yerini tutsun".  
Sahibkar Nizam müəllim də 13 ildir "Unibank"ın müştərisidir. Sahibkar bankı 24/7 bank adlandırır: "Bu uzun müddətdə "Unibank"la çox xoş bir əməkdaşlıq münasibətimiz, hətta deyərdim ki səmimi dostluğumuz yaranıb. Hər lazım olduğunda anında bankın dəstəyini hiss etmişəm. Ən əsası isə Unibank mənim 24/7 bankımdır. Həftənin hansı günündən, günün hansı vaxtından asılı olmayaraq, nə vaxt ehtiyac yaranarsa, bilirəm ki məsələ həllini tapacaq. Bankın əməkdaşlarından çox razıyam, hər zaman səmimiyyət və peşəkar münasibət görmüşəm. Əminliklə deyə bilərəm ki, bu illər ərzində biz "Unibank"la bir partnyor, maliyyə tərəfdaşı deyil, yaxın və etibarlı dost olmuşuq".

İqtisadiyyat       Tarix: 23 dekabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl


yeni xeberler son xeberler azerbaycan xeberleri dunya xeberleri en yeni xeberler son xeberler 2026 cəbhədən şad xəbər