Şahmatçımız Avropa çempionatında növbəti qələbəsini qazandı
Bu gün Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının dördüncü turunun oyunları keçirilib.
Publika.az xəbər verir ki, qitə birinciliyinin dördüncü turunda şahmatçımız Rauf Məmmədov Yevgeni Romanovu (Rusiya) məğlub edərək aktivinə daha bir xal yazdırıb. Bununla da xalların sayını 3,5-ə çatdıran R.Məmmədov mövqeyini xeyli yaxşılaşdıraraq 8-ci yerə yüksəlib. Şahmatçımız Aydın Süleymanlı da turu qələbə ilə başa vurub. Belə ki, o, Rusiya təmsilçisi Aleksandra Maltsevskayanı (Rusiya) məğlub edib. Nicat Məmmədov Liviu-Dieter Nisipeanunu (Almaniya), Nicat Abasov Juraj Druska (Slovakiya) qarşılaşmaları heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, dörd turdan sonra şahmatçılarımız R.Məmmədov 3,5, N.Məmmədov 3, N.Abasov, A.Süleymanlı 2,5 xala malikdirlər.
İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı