Şaiq Qəribzadə: POÇT sahəsini yaxşı mənada inqilab gözləyir
Azeri Express şirkətinin icraçı direktoru Şaiq Qəribzadə müsahibə verib.
azxeber.com həmin müsahibəni təqdim edir:
- Şaiq bəy, filial açmaq üçün niyə məhz OBA marketləri seçdiniz?
- OBA marketlər ölkəmizin demək olar ki, hər bir nöqtəsində olan və kütlə tərəfindən kifayət qədər sevilən bir şəbəkədir. Düşündük ki, onların hər bir şöbəsində bizim də filialımız olsa, həm onlar öz müştərilərinə yeni xidmət təklif edə biləcəklər, həm də biz ölkəmizin POÇT sahəsində insanlara rahat və sürətli xidmət göstərəcəyik. Onlara belə bir təklif ilə getdik, çox sağolsunlar onlar da təklifimizə istiqanlılıq ilə yaxınlaşdı və bu təklifi əl-ələ verərək əsaslı bir layihəyə çevirdik.
- OBA marketlərlə əməkdaşlıq ölkəmizin POÇT xidmətinə hansı formada təsir göstərəcək?
- Düşünürəm ki, biz bu addımla yeni bir dövr açırıq. Xarici təcrübələrdə xüsusi ilə Amerikada siz marketlərdə POÇT stendinə rast gələ bilərsiniz. Lakin ölkəmizdə bunu indiyə qədər lisenziyalı və rəsmi şəkildə ilk dəfə biz edirik. Bu yeni dövr ilə yanaşı, həm də böyük riskdir. Çünki bizdən öncə bunu edən olmayıb ki, biz onlara baxaq, səhvlərini analiz edək və risklərimizi minumuma endirək. Bütün bunlarla belə düşünürəm ki, biz mükəmməl POÇT xidmətini yaratmaq istəyiriksə, bu riski almağa dəyər çünki risklər olmasa, uğurlu layihələr olmaz. Bu qədər risklər aldığımıza görə bu layihənin gələcəyini çox parlaq və uğurlu görürəm.
- Ölkəmizin POÇT sahəsində Azeri Express-dən başqa yeniliklər gözləyəkmi?
- Əlbəttə. Biz komanda olaraq hər gün, hətta deyərdim ki, hər dəqiqə yeni nələrsə axtarırıq. Xarici təcrübələri araşdırırıq. Məhz elə bunun nəticəsidir ki, biz bugünkü gün OBA marketlər şəbəkəsi ilə belə bir əməkdaşlığa başlamışıq. Bununla yanaşı yeni layihələrimiz də gözlənilir, amma onları indi açıqlamağım bir az doğru olmaz. Yaxşısı odur ki, müştərilərimiz üçün də bir az həyəcanlı qalsın və yaxında bizdən yeni sürprizlər gözləsinlər.
- Son olaraq sizcə bu məntəqələrin müştəriləri kimlər olacaq?
- Biz düşünürük ki, siravi vətəndaşlardan əlavə olaraq sosial mediada onlayn mağaza işlədənlər, karqo şirkətləri və alış-veriş platformalarına da bu məntəqələr çox maraqlı olacaq. Nəzərdə tutduğumuz əsas prinsiplərdən biri də, onlayn satış edən şəxslərin, karqoların və bu tipli çatdırılmaya ehtiyacı olan kiçik şirkətlərin bizim filiallarımız vasitəsi ilə öz müştərilərinə həm sürətli, həm də sərfəli çatdırılma edə bilməsidir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR