Şair Ramaldanov: "Azərbaycan ordusu sərhəddə bufer zonası yarada bilər"

Şair Ramaldanov: Cənubi Qafqazda baş verən geosiyasi dəyişiklik böyük güclərin maraq dairəsindədir. Bu vəziyyətdə bölgədə hər kəs öz payını almaq niyyətindədir. ABŞ-dan tutmuş Hindistana, Çindən tutmuş Fransaya qədər hər kəs yeni vəziyyətdən yararlanmağa çalışır. Kollektiv qərbin əsas məqsədi Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxartmaq olsa da, şimal qonşumuz regionda qalmaq üçün hər cür vasitədən istifadə edir. Rusiya isə imkan düşən kimi ermənilərin əliylə təxribat törədir və özünü regionun xilaskarı kimi təqdim etməyə çalışır. Qarabağ probleminin həllini gələcək nəsillərə saxlamaq istəyən Rusiya açıq-aşkar bölgədə sabitliyin əlehinədir.
Qərbə gəlincə, ermənilərə dəstək nümayiş etdirən qüvvələr Ermənistanın maraqları üçün bir sıra məsələlər üzərində baş sındırırlar. Amma Azərbaycan Prezidenti İlham Əliyevin ağıllı siyasəti və təkidi sayəsində Qərbin çirkin niyyəti də baş tutmur. Ermənistanı dəstəklədiyini ifadə etməkdən çəkinməyən Fransa Cənubi Qafqazda qüvvələr balansını pozmaqla erməniləri yeni qarşıdurmaya sövq edir. Deməli, danışıqlar prosesinə mane olan və maraqlı tərəflər çoxdur. Elə bunun nəticəsi idi ki, ötən həftə Rəcəb Təyyib Ərdoğanın Azərbaycana səfərindən sonra Laçın rayonu ərazisindəki sərhəd keçid məntəqəsində silahlı insidet baş verdi. Ermənistan silahlı qüvvələri Azərbaycan sərhədçilərini atəşə tutdular. Nəticədə bir hərbçimiz yaralandı və sərhəd keçid məntəqəsinin fəaliyyəti dayandırıldı.
Məsələ ilə bağlı ehtiyatda olan polkovnik Şair Ramaldanov KONKRET.az-a açıqlama verib:
Şair Ramaldanov: "Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanla Cənab Prezident İlham Əliyev konkret olaraq qarşıya qoyulan hədəfləri bir daha müəyyənləşdirdilər. Həm Zəngəzur dəhlizi, həm də sülh müqaviləsi ilə bağlı müzakirələr belə deməyə əsas verir. Deməli, Zəngəzur dəhlizinin açılmasına, sülh müqaviləsinin bağlanmasına, delimitasiya və demarkasiyanın aparılmasına, regionda olan inkişaf proseslərinə heç kəs mane ola bilməz. Buna qarşı olan qüvvələr də aktivləşir və təxribat törədirlər. Bunu Azərbaycana qarşı təcavüz kimi də quymətləndirmək olar.
Bununla bağlı cinayət işi qaldırılıb və istintaq gedir. Hal hazırda Laçın sərhəd keçid məntəqəsi bağlıdır. Ermənistandan əlavə zəmanət alandan sonra Laçın sərhəd keçid məntəqəsi öz fəaliyyətini davam etdirəcək. Qarşı tərəf belə bir zəmanət vermədiyindən Laçın yolundan və sərhəd keçid məntəqəsindən istifadə etmək qadağandır. İndi ermənilər səs-küy salırlar ki, Azərbaycan Qarabağı blokadada saxlayır, bölgədə etnik təmizləmə aparır. Sərhəddin bağlı olmasında məsuliyyət ermənilərin üzərinə düşür. Ermənistan öz öhdəsinə düşən təhlükəsizlik tədbirlərini təmin etməsə sərhəd keçid məntəqəsi fəaliyyətini davam etdirə bilməz.
Azərbaycan ordusu əməliyyat şəraitini həmişə olduğu kimi, nəzarətdə saxlayır və adekvat cavabla düşmən tərəfi susdurur. Ötən həftəki qarşıdurmada itirən tərəf yenə ermənilər oldu. Azərbaycan ordusunun bölmələri bir daha peşəkarlıq göstərərk orda olan yüksək təhlükəsizlik tədbirləri nəticəsində düşmənə layiqli cavab veriblər. Bu da antiterror əməliyyatının elementlərindəndir. Çünki terrorçulara, silahlılara qarşı vuruşmaq, təhlükə hiss edilən yeri susdurmaq da bu qəbildəndir. O ki, qaldı daha geniş miqyaslı əməliyyatların keçirilməsinə, ehtiyac olarsa və məqam yaranarsa, danışıqlar resursu tükənərsə Azərbaycan ordusu Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır. Əgər bundan sonra ermənilər sərhəddə təxribat yaradarlarsa, Azərbaycan tərəfinin ixtiyarı var ki, real təhlükəni sərhədlərimizdən uzaqlaşdırmaq üçün bufer zonası yaratsın".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 19 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər son xeber az cəbhədən son xəbərlər 2026 hava haqqinda