Sakit okeanda nəhəng şirin su ehtiyatı tapıldı
Uzun müddətdir ki, sulu təbəqələrdəki şirin suyun miqdarının adalardakı yağıntıların miqdarı ilə uyğun olmamasının səbəbi məlum deyildi.
Nat-geo.ru saytı xəbər verir ki, elm adamları adanın dərinliklərindəki nəhəng şirin su ehtiyatlarının Sakit okenadakı Xualalai vulkanı ətrafından aşağı, okeanın dibinin dərinliklərinə gedib çıxan, bu yaxınlarda aşkarlanmış rezervuarlara axdığını müəyyənləşdiriblər. Bu kəşf iqlim dəyişikliyi fonunda dünyanın vulkanik adaları üçün böyük əhəmiyyətə malikdir.
"Biz ümid edirik ki, kəşfimiz gələcək hidroloji modelləri yaxşılaşdıracaq və bunun nəticəsi olaraq, vulkan adalarındakı təmiz şirin suyu əlçatan edəcək", - deyə Havay Universitetindən olan geofizik Erik Attias bildirib.
Havay adalarındakı şirin suyun böyük bir hissəsi susaxlayan təbəqələrdən, su keçirməyən süxurların qatlarından və ya çöküntülərdən çıxarılır. Yağış yağdıqda, torpağın üst qatından və altdakı vulkanik qayalardan süzülərək, sonda susaxlayan rezervuarlara çatır. /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək