Salyanda quldurluq edən şəxs saxlanıldı
Salyanda quldurluq edən şəxs saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Bildirilib ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayında rayon ərazisində yerləşən evlərin birinə basqın etməkdə şübhəli bilinən rayon sakini Yaşar Məmmədov saxlanılıb.
Həmin şəxs ilkin dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, Y.Məmmədov tanışı, hazırda qeyd edilən hadisəyə görə həbs olunmuş Aydın Nəzərovla qabaqcadan əlbir olaraq, ötən ilin dekabr ayının 18-də səhər saatlarında Salyan rayonu ərazisində yerləşən evlərin birinə basqın edib. Ev sahibinə hədə-qorxu gələrək qızıl-zinət əşyaları və pul tələb edən həmin şəxslər quldurluq əməlini törədərək ünvanı tərk ediblər.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır