Samir Abasov: "Sabahkı matçın gərginliyi artıq hiss olunmağa başlayıb"

Samir Abasov: UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 14-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Dinamo" oyunu öncəsi komandamızın baş məşqçisi Samir Abasov və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunub.
Publika.az xəbər verir ki, əvvəlcə baş məşqçi oyun haqda fikirlərini bölüşüb: "Sabah bizim üçün çox önəmli və xoş gündür. Xoş gün olmasının səbəbi azarkeşlərimizin tribunada olmasına icazə verilməsidir. Bu işdə əməyi olanların hər birinə təşəkkür edirəm. Bu bizim xeyrimizə atılmış çox möhtəşəm addımdır.
"Sabahkı matçın gərginliyi artıq hiss olunmağa başlayıb. İndidən hansı ajiotajda oynayacağımızı görürük. Hansı komandaya qarşı mübarizə aparacağımızı bilirik. Gürcüstan çempionatının yarısı geridə qaldığına və rəqib komanda tam hazır olduğuna görə bizə əziyyət yaratdı. Səfərdə nəticə ilə oyunumuz üst-üstə düşmədi, çalışacağıq sabah bunu düzəldək. Artıq səfər qolu da ləğv olunub. Buna görə də biz sabah hesaba yox, oyunumuza güvənib nələrsə göstərməyə çalışacağıq. Alınacaqsa, nə xoş bizə", - deyə baş məşqçi əlavə edib.
Kapitan E.Mahmudov deyib: "Baş məşqçinin dediyi kimi, bizi çətin oyun gözləyir. Gürcüstan çempionatı davam etdiyi üçün hazırda rəqib daha yaxşı formadadır. Amma biz çalışacağıq ilk matçla müqayisədə daha yaxşı oyun göstərək, topa daha çox nəzarət edək. Lazım olan nəticəni qazanmaq üçün maksimum əlimizdən gələni etməyə çalışacağıq".
"Penaltilər üzərində həmişə çalışıram. Məncə, pis alınmır. Rəqibin zəif və güclü tərəfləri haqda baş məşqçi bizə məlumat verir. İlk oyundakı səhvləri bu dəfə düzəldəcəyik. Səfər qolunun ləğv olunmasının tərəfdarı deyiləm. Artıq oyun sonrası penaltilərə çox müraciət olunacaq", - deyə futbolçu əlavə edib.
Komandalar arasında Tbilisidə təşkil olunan ilk görüş "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə bitib. İyulun 14-də "Bakcell Arena"da oynanılacaq cavab qarşılaşması saat 21:00-da başlayacaq.

İdman       Tarix: 14 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər bugünki xəbərlər son xeberler bugun 2026 canli son xeber 2026