Samiraldo: "Acınacaqlı vəziyyətdəyəm"
"Heç bir ailəyə yardım etmirəm. Çünki köməyə ehtiyacım var. Üç aydır ki, işləmirəm, vəziyyətim ağırdır".
Open.az xəbər verir ki, bu sözləri şou-biznesdə Samiraldo ləqəbi ilə tanınan stilist və saç ustası Samir Əliyev sosial media hesabında paylaşdığı videomüraciətdə deyib.
Karantindən öncə gözəllik məkanlarının açılışını edən Samiraldo maddi vəziyyətinin acınacaqlı olduğunu bildirərək, məşhurların ağır günlərdə reklam naminə etdikləri yardımları başlarına qaxınc edib:
"Acınacaqlı vəziyyətdəyəm. Əgər indi işim olsaydı, yardımlar edərdim. Açıq danışmağı sevən insanam. Acından ölüm, lakin reklam qazanmaq üçün kiməsə kömək etmək kimi şeylər məndə yoxdur.
Üç aydır evə pul gətirməyən insan kiməsə necə yardım edə bilər? Səmimiyəm və buna görə də insanların sevgisini, rəğbətini qazanmışam. Elə məşhurlar var ki, acından ölürlər, amma reklama görə kiməsə on manatlıq ərzaq alırlar.
Çalışıram ki, heç kimdən borc pul almayım. Heç kimə borcum olmasın. İndi necə dolandığımı bir Allah, bir də mən bilirəm".

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq