Samirə Yusifqızı: "Söyüş məsələsi deyil, kişilərlə xanımların deyişməsi çox vaxt alınmır" - MÜSAHİBƏ

Samirə Yusifqızı: Samirə Yusifqızı: "Söyüş məsələsi deyil, kişilərlə xanımların deyişməsi çox vaxt alınmır" - MÜSAHİBƏ
"Meyxananı çoxdan deyirdim. Lakin efirdə işıqlandırmağa icazə vermirdim. Həmin vaxtlar Faiq Sücəddinov ilə mahnılar üzərində işləyirdik. Ehtiyat edirdim ki, meyxana ilə efirə çağırsalar, Faiq Sücəddinov məndən üz döndərər".
Bu sözləri Oxu.Az-a müsahibəsində müğənni, meyxanaçı Samirə Yusifqızı deyib. Onunla müsahibəni təqdim edirik:
- Samirə xanım, müsahibələrinizin birində demisiniz ki, efirlərdə sizə ögey münasibət bəsləyirlər. Sanki televiziyalardan incik düşmüsünüz. Bu səbəbdənmi uzun müddət uzaqlaşdınız?
-  Son həftədə mənim qədər efirə çıxan olmayıb. Kimsə televizora baxmırsa, bu mənim günahım deyil. Bütün gün efirlərdə yatan müğənniləri sevmirəm. Bir qədər izləyici nigaran qalmalı, darıxmalıdır. Hər dəfə eyni adamlar olmaz. Bu, pərəstişkarlara qarşı da hörmətsizlikdir.
- İzləyiciləriniz sizin meyxanalarınız üçün darıxıblar. Hər kəsə geri dönüşün nə zaman olacağı maraqlıdır.
- Meyxana mənim sənətim deyil ki, geri də dönüm. Meyxananı bacarıram. Lazım olan zaman deyişirəm. Demək olar ki, yalnız məclislərdə. İstənilən vaxtda da deməyə hazıram. Çünki istedad var. Mən müğənniyəm. Məni meyxanaçı kimi adlandırmağı qadağan edirəm. Mən meyxanaçı deyiləm. Ali savadlı müğənniyəm. Yeri gələndə bir çoxları mənim savadımdan bəhrələniblər. Və bəhrələnəcəklər də. Mən sırf meyxana ilə məşğul olmaq istəmirəm.
- Gəlin bir qədər əvvələ qayıdaq. Meyxana demək heç də asan deyil. Sizdə bu istək necə yarandı?
- Meyxananı mən çoxdan deyirdim. Sadəcə, efirlərdə işıqlandırmağa icazə vermirdim. O zamanlar bəstəkar Faiq Sücəddinovla mahnılar üzərində işləyirdik. Həmin ərəfədə məni efirlərə meyxanaya görə çağırmaları düz olmazdı. Faiq Sücəddinov məndən üz döndərərdi.
Mən ilk dəfə 1994-cü ildə Ağasəlim, Nizami Rəmzi, Molla Məmmədlə meyxana demişəm. Təsadüfən "toylar kraliçası" olandan sonra "De, gəlsin" verilişinə dəvət etdilər. Anidən oldu.
- Həmkarınız Oqtay ilə deyişməniz hər kəs tərəfindən maraqla qarşılandı. Daha sonra aranızda qalmaqallar yaşandı. İndi münasibətiniz necədir?
- Oqtayla bir neçə yeni duetimiz var. Üzərində işləyirik. Biz Oqtayla daim küsülü olmamışıq. Ailələrimizin də yaxşı münasibəti var. Bir ara Oqtay başısoyuqluq etdi, mənsə Rusiyada oldum. Hər ikimizin istəyi ilə sonradan yenidən bir araya gəldik. Gözəl işlərimiz var. Oqtay yaradıcı adamdır. Onunla işləməyə dəyər. Ortaya qoyduğumuz məhsullar düşündürücü olur. Digər cütlüklər kimi ağlımıza gələni oxusaq, həftəyə on mahnı yazardıq. Biz ucuzluğa getmirik. Az olsun, saz olsun. Başa düşən qiymət verir.
Oqtayla meyxana deyəndən sonra meyxananı bir çoxlarına sevdirdik. Digər duetlərə də yol açdıq. Ən çətin bizim vaxtımızda idi. Hətta o vaxtlar meyxananı sevməyən xanımlar da sevdilər.
- Namiq Qaraçuxurlu verilişlərin birində meyxanada qadınların azlığından şikayətlənib. Sırf istifadə edilən nalayiq ifadələrə görə xanımların meyxanadan uzaqlaşdığını deyib. Siz nə düşünürsünüz?
- Məndən başqa meyxana deyən qadın yoxdur. Zarina, Mətanət və Aynuru deyirsinizsə, onlar bədahətən deməyi bacarmırlar. Əvvəlcədən yazılanları deyirlər. Mən dəfələrlə təklif etmişəm ki, gəlin bədahətən deyişək. Lakin onlar qaçıblar. Deyiblər ki, biz meyxanaçı deyilik. Halbuki, özlərini meyxanaçı kimi təqdim edirlər. Mən istərdim ki, bədahətən meyxana deyən xanım olsun. Deyişmələrimiz olsun. Bunu çox istərdim.
O ki qaldı nalayiq ifadələrə, meyxana söyüş deyil. Söyüşlər kişilər arasında olur. Mən olan məclisdə söyüş olmurdu. Bizdə zarafat olub. Kobud, nalayiq ifadələr olmayıb.
Uzaqlaşmağa gələndə isə kişilərlə xanımların deyişməsi çox vaxt alınmır. Çünki tonallıq düz gəlmir. Hər zaman əziyyət çəkirik. Səslər həmahəng olmalıdır ki, düz gəlsin. Söyüşə görə deyil, məncə, tonallıq səbəbindəndir. Kişilər çox sürətli deyişirlər. Ağızlarından hər cür söz çıxa bilər. Qadın olanda özlərini yığışdırırlar.
- Meyxana aləminin hazırkı vəziyyəti sizi qane edirmi?
- Xeyr. Yaşlı meyxana ustadlarını çıxmaq şərti ilə bir çox meyxanaçılar əzbərçidirlər. Belə pul qazanılar. Meyxananı gözdən salırlar. Ona görə hamı qaçır. Toylarda meyxananı istəmirlər.
Əslində, toyun dadı-duzu meyxanadır. Bakı kəndləridir ki, sənətə qiymət verirlər. Adət və ənənələr qalıb.
-  Samirə xanım, sizi məclislərə meyxana deməyə dəvət edirlərmi?
- Məclislərə çağırırlar. Lakin qaçıram. Çox getmirəm. Dostlarımız müraciət edəndə etiraz etmirəm.
- Yaxşı meyxanaçının məziyyətləri nədir?
- Meyxana demək asan deyil. Meyxana deyən adam ilk növbədə Azərbaycan dilinin qrammatikasını və ədəbiyyatı yaxşı bilməlidir. Bu, önəmli şərtdir. İkinci məqam isə hər şeydən məlumatlı olmalıdır. Hər bir şeyi bilməlidir. Haradan nə desələr, cavabını verməlisən. Orada vəznlər, bölgülər var. Bunların hamısını üst-üstə gətirmək üçün savad olmalıdır. Kiminsə yazdığını əzbərləyib demək meyxana deyil.
- Ailə üzvləriniz meyxana deməyinizə qarşı çıxıblarmı?
- Bəli, qarşı çıxıblar. Mən bir şeyə başlayıramsa, məsuliyyətli oluram. Heç kəs məni ondan uzaqlaşdıra bilmir. Deyiblər ki, çətin olacaq. Adı vayqanlıdır. Mən seçimimi etdim. Daim dəstək olublar. Mənimlə fəxr edirlər. Mən meyxanada ilkəm. Yüz illər də keçsə, Azərbaycan tarixində mənim adım qalacaq. Olsam da, olmasam da. Haqq dünyasına getsəm də, adım, izim qalacaq.
- Meyxana aləmində olduğunuz üçün heç peşman olmusunuzmu?
- Peşman olmuşam. Həm də çox olmuşam. Düzdür, meyxananı çox sevirəm. Lakin meyxana müğənnilik fəaliyyətimi arxa planda qoyub. Bir çoxları məni ali savadlı müğənni yox, meyxanaçı kimi tanıyıb, seviblər.
Mənim dəstək olduğum çox müğənni olub. Maşallah, hamısı irəlidədir. Heç birindən də təmənna güdməmişəm.
- Sizcə, meyxanaya münasibət dəyişilibmi? Nə qədər "söz sənətidir" deyilsə də, bir qədər sanki qəribə münasibət var.
- Meyxana Azərbaycana məxsusdur. Mənfur düşmənlərimiz hər şeyimizi mənimsəyə bilirlər. Təkcə buna əl ata bilmirlər. Meyxana sırf Azərbaycana məxsusdur. Lakin əfsuslar olsun ki, biz özümüz-özümüzü baltalayırıq. Özümüzdə olan Allah vergisini dəyərləndirmirik. Mənə dəfələrlə deyiblər ki, sən qonşu ölkələrdən olsaydın, heykəlini qoyardılar. Analoqu olmayan bir şeydir. Azərbaycanda dəyər verilmir. Öləndən sonra diqqət heç kəsə lazım deyil. Enerji doluyam. Yaşlı deyiləm. Yaradıcı ruhdan düşməmişəm. Lakin ruh verilməlidir. Mən də köhnələrlə barışıram ki, nə var, bəsdir.
- Yaradıcılığınızda nə kimi yeniliklər var?
- Yeniliklər olacaq. Qızımla mənim bir neçə duetimiz var. Davam edirik. Sonra bu yaxınlarda qeyri-adi layihəmiz olacaq. Hazırda açıqlamaq istəmirəm. Sözü deyən kimi qabaqlayacaqlar. Gələn həftələrdə işıq üzü görəcək.
- Samirə xanım, oğlunuzun səhhətində problemlər var idi. İndi vəziyyəti necədir?
- Allaha şükür, yaxşıdır. Rusiyadadır. Orada müalicə alır. Bununla yanaşı, restoranda menecer kimi fəaliyyət göstərir. Orada da yıxılıb. Qolu sınıb. Tam sağalmayıb. İnşallah, yaxşı olacaq. Buna inanıram.
Nəzrin Vahid

Şou Biznes       Tarix: 15 noyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Gələn il "Avroviziya"da ilk dəfə iştirak edəcəklər

Kanada 2027-ci ildə keçiriləcək "Avroviziya" mahnı müsabiqəsində ilk dəfə iştirak edəcək. xəbər verir ki, bu barədə "Avroviziya"nın rəsmi saytı məlumat yayıb. Bildirilib ki, Kanada 2015-ci ildə yarışmay

Murad Arif Naxçıvanda gənclərlə görüşdü

Müğənni Murad Arif Naxçıvanda, Saat Meydanında məzun və şəhər gəncləriylə bir araya gəlib. xəbər verir ki, sənətçi 5 mindən çox məzun qarşısında ən hit mahnılarını ifa edib. Bir saat davam edən konsert proqramı boyunca tələbələ

Aygün Kazımova Röyagilə qonaq getdi

Xalq artisti Aygün Kazımova həmkarı Röya Ayxanın evində qonaq olub. xəbər verir ki, bu barədə müğənni Kazım Can instaqram hesabında paylaşım edib. Görüntülər qısa müddətdə izləyicilərin marağına səbəb olub

74 yaşlı Bülənt Ərsoy estetik etdirdi - Foto

Türkiyəli müğənni Bülənt Ərsoy estetik əməliyyat etdirib. Bu barədə sənətçi özü sosial şəbəkə hesabında məlumat verib. 74 yaşlı ifaçı əməliyyatdan sonra paylaşdığı fotoya bunları qeyd edib:. "Hörmətli izləyicilərim

Türkan: 'Vaxtilə bizi tənqid edənlər indi özləri meyxanaçılarla oxuyurlar

Müğənni Türkan Vəlizadə maraqlı açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, sənətçi "Səhər yeməyi" verilişində bildirib ki, vaxtilə meyxanaçılarla duet oxuduqlarına görə onları tənqid edən bəzi tanınmış ifaçıla

Viktor Uillis vəfat etdi

Dünyaca məşhur disko qrupu "Village People"nin solisti Viktor Uillis 74 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin ölümü ilə bağlı məlumat qrupun rəsmi sosial media hesablarında yayıla

Deniz Akkaya saxlanıldı

Keçmiş model Deniz Akkayanın polis tərəfindən saxlanıldığı bildirilir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Akkayanın yaşadığı evdə tez-tez gərginlik yaratması olub. Məlumata görə, o, ötən axşam evdə dost

Pərvin Abıyeva ağır xəstəliyindən danışdı: '32 yaşımda düzgün diaqnoz qoyuldu

Aktrisa Pərvin Abıyeva keçirdiyi ağır xəstəliklə bağlı açıqlama verib. xəbər verir ki, aktrisa axlorhidriya xəstəliyindən əziyyət çəkdiyini və uzun illər düzgün diaqnoz qoyula bilmədiyini bildirib. "Bu əməliyyat Azərbaycand

Fatih Terim azərbaycanlı müğənni ilə bir arada — FOTOLAR

Zamiq Hüseynov Türkiyənin Bodrumda tanınmış simalarla görüşüb. "Yeni Sabah"a istinadən xəbər verir ki, müğənni Yunus Akgün, Uğurcan Çakır, eləcə də məşqçi Fatih Terimləı ünsiyyətdə olub. Z.Hüseynov görüş zaman


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gunun xeberleri maşın realiti şou xeber azerbaycanda son xeberler